İdman

“Qarabağ” braziliyalı yarımmüdafiəçiyə təklif göndərib

Sharing is caring!

“Qarabağ” Belçikanın “Beveren” klubunda çıxış edən braziliyalı futbolçu Lukas Ribeyru Kosta ilə maraqlanır.

Məlumata görə, “köhlən atlar” 25 yaşlı yarımmüdafiəçiyə rəsmi təklif göndərib.

“Sambaçı”nın xidmətində digər ölkə təmsilçiləri, həmçinin Rusiyanın 2 klubu da maraqlıdır. İddiaya görə, Azərbaycan çempionunun təklifi oyunçunu daha çox cəlb edib.

Qeyd edək ki, Lukas Ribeyru Kosta daha əvvəl Fransanın “Valensyen”, Belçikanın “Ekselsior”, “Şarlerua” və “Muskron” klublarında da çıxış edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir