Şou-Biznes

Qızına görə evlənən məşhur cütlük

Türkiyəli məşhur cütlük Burak Yamantürk Özge Özpirinççi ilə evliliyindən danışıb. Lent.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur aktyor qızına görə evləndiyini bildirib: “Özge ilə münasibətimizi rəsmiləşdirmək Mercan üçün atdığımız bir addım idi. Həyatımızı dəyişən Mərcan oldu. Məncə evlilik hiss deyil. Həyatımızı dəyişən evlilik deyil, Mərcandır”.

Dünya

İranın London və Parisdəki müvəqqəti işlər vəkilləri XİN-ə çağırılıb

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli İranın Böyük Britaniyadakı müvəqqəti işlər vəkili Mehdi Hüseyni Mətinin respublika hakimiyyəti tərəfindən həyata keçirilən iki nəfərin edam edilməsi ilə bağlı Xarici İşlər Nazirliyinə çağırılması barədə göstəriş verib. “Bu gün mən İranın müvəqqəti işlər vəkilini bu həftə sonu şahidi olduğumuz iyrənc edamları ən sərt şəkildə qınamaq üçün çağırdım”, – […]

Cəmiyyət

Generalın məhkəməsi təxirə salındı: Şıxəliyev polkovniklə əlbəyaxa olub?

Bakı Apelyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev və digərilərinin apelyasiya şikayəti üzrə yanvarın 9-na təyin olunan məhkəmə prosesi təxirə salınıb.  “Qaynarinfo” xəbər verir ki, məhkəmədən bildirilib ki, təxirə salınma yollardakı vəziyyətlə əlaqədardır, Bakı İstintaq Təcridxanasından müttəhimlərin Bakı Apelyasiya Məhkəməsinə gətirilməsi mümkün olmayıb. Zərərçəkənlərin sözlərinə görə […]

İdman

Uqo Lloris Fransa millisindəki karyerasını başa vurdu – FOTO

2018-ci ilin dünya çempionu və futbol üzrə Fransa milli komandasının oyun sayına görə rekordçusu, qapıçı Uqo Lloris milli komandadakı karyerasını başa vurduğunu açıqlayıb. O, bu barədə bazar ertəsi Fransanın “L’Equipe” qəzetinə danışıb. “Elə bir vaxt gəlir ki, sən sükanı təhvil verməlisən. Fikrimcə, komanda inkişaf etməyə hazırdır. Bir nömrəli olmağa hazır olan qapıçı da var”, – […]

Cəmiyyət

Biləsuvarda kütləvi dava zamanı iki nəfər xəsarət aldı

Biləsuvar rayonunda kütləvi dava olub. “Report”un məlumatına görə, hadisə rayonun Xırmandalı kəndində marketlərin birinin yaxınlığında qeydə alınıb. Belə ki, hələlik məlum olmayan səbəbdən bir neçə nəfər arasında düşən dava zamanı iki nəfər, Bakı şəhər sakinləri, 1983-cü il təvəllüdlü V. Məmmədov və 1963-cü il təvəllüdlü K.Haqverdiyev müxtəlif bədən xəsarətləri alıb. Onlar rayon xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma […]

Cəmiyyət

Azərbaycanlı Almaniyadakı məhkəmədə qətl törətdiyini etiraf etdi

Almaniyada qətl törətməkdə şübhəli bilinən azərbaycanlı Elçin Ağayevin ilk məhkəmə prosesi keçirilib. “Report”un məlumatına görə, Detmol şəhər Məhkəməsində keçirilən hazırlıq iclasında E.Ağayev cinayəti qısqanclıq zəmində törətdiyini etiraf edib. O, keçən ilin iyunun 18-də baş verən cinayət hadisəsinin təfərrüatları barədə danışıb. E.Ağayev bildirib ki, müharibə başlayandan sonra Ukraynanın şərqindən sevgilisi Olqa və iki uşağı ilə Almaniyaya gəlib. […]

Cəmiyyət

Gicgaha dəyən son güllə, uğursuz ailə həyatı – Salatın Əsgərovanın qanlı çantasından nə tapılmışdı? – FOTO

Bu gün jurnalist, Milli Qəhrəman Salatın Əsgərovanın anım günüdür. Kulis.az onun haqqında maraqlı faktları təqdim edir. Salatın Əziz qızı Əsgərova 16 dekabr 1961-ci ildə Bakıda anadan olub. 1979-cu ildə Bakı şəhərində Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi əla qiymətlərə başa vurur. Elə həmin il də, Azərbaycan Neft və Kimya İnstitutuna daxil olur. Müəlliməsi Firəngiz […]

Şou-Biznes

Məşhurlarımız qara belə sevindilər – FOTOLAR

Bu gün Bakıya ilin ilk qarı yağıb. Təbii ki, qarın yağmasına ən çox sevinən uşaqlar olub. Amma sevinənlərin arasında məşhurlar da var. Lent.az sosial şəbəkələrdə qar sevincini paylaşan məşhurların fotolarını təqdim edir: Müğənni Aysun İsmayılova Müğənni Günay İbrahimli Aktrisa, aparıcı Oksana Rəsulova Aparıcı Xoşqədəm Hidayətqızının oğulları – Arda və Arın Aparıcı Turan İbrahimov qara sevinmədiyini […]

Siyasət

Əsgərimiz özünü güllələdi – Xəbərlərin 23:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Əsgərimiz özünü güllələdi. Hərbi Prokurorluqda araşdırma başladı. Azərbaycandan kömək istəyən erməni ölümlə hədələnir. Ermənistan onu nədə ittiham edir? Vasif Talıbov daha bir vəzifəsini itirdi. Keçmiş sədrin adı veb-səhifədən silindi. “Qız dedi ki, silah var istəyirsən?” Silah və pul qarşılığında narkotik daşıyan yeniyetmələr tutuldu. Daha ətraflı BAKU NEWS-un 23:00 buraxılışında: Xeberal.az

Cəmiyyət

Sumqayıtda avtomobil dirəyə çırpıldı: Xəsarət alan var

Sumqayıtda avtomobil dirəyə çırpılıb, xəsarət alan var. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Belə ki, “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, […]