Cəmiyyət

Ağdaşda minlərlə sakin qaza həsrətdir – VİDEO

Ağdaşın Qaroğlan, Pirəzə, Abad, Ağzıbir, Kotavan və Xınaxlı kəndlərinin on minə yaxın əhalisi 30 ildir ki, qaza həsrətdir. Sakinlərin sözlərinə görə, aidiyyəti qurumlara məsələ ilə bağlı dəfələrlə müraciət etsələr də, problem həllini tapmayıb. “Yandırmağa odun tapmırıq. Məhlədəki meyvə ağaclarımızı kəsib yandırırıq. Qar yağsa, burda əhali qalmayacaq”, – deyə kənd sakini qeyd edib. Bəs görəsən, illərdir […]

Cəmiyyət

Ekspert: “Subyektlər öz işçilərinə 345 manatdan aşağı əməkhaqqı yaza bilməyəcəklər” – FOTO

“Azərbaycanda minimum əməkhaqqı və minimum pensiya məbləğlərinin artırılması digər əməkhaqqı və pensiya məbləğlərinin də artırılmasına səbəb olacaq”. Bunu “Report”a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib. Yanvarın 5-də Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamla Azərbaycanda minimum aylıq əməkhaqqı cari il yanvarın 1-dən 345 manat müəyyən edilib. Eyni zamanda Nazirlər Kabinetinə 10 gün […]

Müharibə

İrandan Azərbaycana növbəti hədə – Xəbərlərin 20:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Qarabağda yeni müharibə gözlənilir? Britaniyalı ekspert ermənilərə müsahibəsində vacib məqamlara toxundu. İrandan Azərbaycana növbəti hədə. Xudafərin körpüsündə uşaqlar siyasi alətə necə çevrildilər? Gədəbəydə qızıl mədənində yanğın baş verdi. Tüstüdən zəhərlənənlər var. Bir müddətdir kəskin yayılan virusun adı nədir? Hamını maraqlandıran məsələyə ölkənin baş infeksionisti aydınlıq gətirdi. Daha ətraflı Baku NEWS-un […]

İdman

“Qarabağ” millinin qapıçısı ilə müqaviləni yeniləyib – VİDEO

“Qarabağ” qapıçısı Şahruddin Məhəmmədəliyevlə müqaviləni yeniləyib. Klub bununla bağlı sosial şəbəkə hesablarında video paylaşıb. 29 yaşlı qolkiperin seyvlərindən ibarət video-çarxın üzərində ingilis dilində “Soon” (Tezliklə) yazılıb. Bu isə o deməkdir ki, Ağdam təmsilçisi tezliklə sözləşmənin detallarını açıqlayacaq. Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev 2016-cı ildən “Qarabağ”da çıxış edir. O, Azərbaycan millisinin də əsas qapıçısıdır. Xeberal.az

Cəmiyyət

Bakıda mənzildə meyit tapılıb

Bakıda mənzildə meyit tapılıb. Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Suraxanı rayonunda bir nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan bir nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər. Xeberal.az

Cəmiyyət

Novxanıdan dünyaya açılan pəncərə: Məşhur avtomobil brendlərinin tarix qoxan modelləri – REPORTAJ + FOTO

Tez-tez sosial şəbəkələrdə xarici ölkələrdə olan retro maşınların kolleksiyalarını görürük. Bəs Azərbaycanda retro maşınlardan ibarət kolleksiyanın olduğunu bilirdinizmi?  Bu maşınların hər biri işlək vəziyyətdədir. Kolleksiyanın sahibi Azad Kərimov deyir ki, uşaqlıqdan retro avtomobilləri sevdiyi üçün onları toplayıb.  Kolleksiyaya modeli, rəngi və buraxılış illəri fərqli olan 45 retro avtomobil daxildir. Bu avtomobillər Novxanıda yerləşir.  PhotoStock.az-ın retro maşınların olduğu məkandan hazırladığı […]

Cəmiyyət

Bakıda “İran nemətləri” mağazasında Azərbaycan dilində markalanmamış məhsullar aşkarlanıb

Bakıda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları “İran nemətləri” mağazasında Azərbaycan dilində markalanmamış məhsullar aşkar edib. “Report”un xəbərinə görə, Yasamal rayonu, Z.Əhmədbəyov küç., ev 7-də yerləşən bu obyektdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi və Azərbaycan dilində markalanması olmayan məhsulların satıldığı aşkarlanıb. Qeyd edək […]

Dünya

İranda rejimin öz kadrları da mövcud duruma etiraz edir – VİDEO

İranda aylardır davam edən xalq etirazları fonunda sosial-iqtisadi vəziyyətin daha da pisləşməsi, o cümlədən inflyasiyanın sürətli artımı ölkədə ümumi vəziyyətin daha dramatik xarakter almasına səbəb olub. Görünən odur ki, İran rəhbərliyi baş verənləri adekvat dərk etməkdən, etirazların həqiqi siyasi-iqtisadi və sosial-psixoloji səbəblərini anlamaqdan çox uzaqdır. Bununla belə rejimin öz kadrları arasında nisbətən real düşünənlər əhali […]

Müharibə

MN: “Azərbaycan Ordusu Xocavənddə təsərrüfat işləri görən texnikanı atəşə tutmayıb”

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya yanvarın 6-sı saat 13:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Xocavənd rayonunun Çörəkli yaşayış məntəqəsi ərazisində təsərrüfat işləri görən texnikanın atəşə tutulması ilə bağlı yayılan məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil. Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Bu məlumatı qəti surətdə təkzib edirik”, – MN-dən bildirilib. Xeberal.az

Cəmiyyət

Aeroport yolunda maşın aşdı

Bakıda “Toyato Prado” markalı avtomobil aşıb. APA xəbər verir ki, hadisə Hava limanı – Zığ şosesində qeydə alınıb. “Toyota-Prado” markalı avtomobil aşıb, avtomobilə ciddi ziyan dəyib. Sürücü isə yüngül xəsarət alıb. Hadisə yerinə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gəlib. Araşdırma aparılır. Xeberal.az