Dünya

Zəngəzurda erməni əsgərlərin basdırıldığı panteonda partlayış baş verib

Yanvarın 1-də Ermənistanın Sünik (Zəngəzur) rayonunda partlayış baş verib. Saat 21:40 radələrində Qarakilsədə yerləşən panteonda partlayışın baş verməsi barədə erməni polisinə məlumat daxil olub. Hadisə nəticəsində bir nəfər – 36 yaşlı Qriqor S. tibb mərkəzinə yerləşdirilib. O, Qarakilsədə yerləşən panteonunun ərazisində olduğu zaman qumbara detonatoru ilə ehtiyatsız davranıb və nəticədə partlayış baş verib. Mənbə: News.am Xeberal.az

Dünya

Həndbol üzrə Avropa çempionatının təsnifat turniri Bakıda keçiriləcək – FOTO

Kişi həndbolçular arasında 2026-cı ildə keçiriləcək Avropa çempionatının təsnifat turnirinə Bakı ev sahibliyi edəcək. Azərbaycan Həndbol Federasiyasından Oxu.Az-a verilən məlumata görə, seçmə mərhələsinin oyunları 13-15 yanvarda Bakı İdman Sarayında baş tutacaq. Turnirdə Azərbaycan millisi ilə yanaşı, Böyük Britaniya, Kipr və Malta kollektivləri da mübarizə aparacaqlar. Yığma ilk oyununu yanvarın 13-də Malta seçməsinə qarşı keçirəcək. Növbəti […]

Cəmiyyət

Xaçmazda 31 yaşlı qadın əri tərəfindən bıçaqlandı

Xaçmazda 31 yaşlı qadın əri tərəfindən bıçaqlanıb. Bu barədə Oxu.Az-a Xaçmaz rayon prokurorluğundan bildirilib. Məlumata görə, yanvarın 6-sı Xaçmaz rayonunun Hacılar kəndi ərazisində 1991-ci il təvəllüdlü Aynur Əhmədovanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırma zamanı zərərçəkmişin əri, 1988-ci il təvəllüdlü Allahverdi Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aynur Əhmədovaya […]

Siyasət

“Caliber”: “Uzadılmış əl dişlənərsə, dəmir yumruğa çevrilər” – VİDEO

“Caliber” layihəsinin növbəti buraxılışı təqdim olunub. Layihənin “YouTube” hesabında təqdim olunan videoda Ermənistanın hələ də 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarını yerinə yetirmədiyi qeyd olunub.   Bildirilib ki, Ermənistan 44 günlük müharibədə qalib tərəf olan Azərbaycanın ona uzatdığı əli geri çevirəcəyi təqdirdə həmin əl yenidən dəmir yumruğa çevrilə bilər. Ətraflı videoda: Xeberal.az

Cəmiyyət

Özünü DTX əməkdaşı kimi təqdim edən şəxs SAXLANILDI

Bir neçə gün öncə özünü DTX əməkdaşı kimi təqdim edərək sürücülərdən pul alan şəxs saxlanılıb. Oxu.Az xəbər verir ki, bu barədə Avtomobil TV məlumat yayıb. Məlumata görə, aparılan araşdırmalar zamanı həmin şəxsin Ruslan Qurbanov olduğu müəyyən edilib və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Məlum olub ki, R.Qurbanovun daha əvvəllər də müxtəlif maddələr üzrə məhkumluq […]

Cəmiyyət

Naxçıvanda daxili işlər naziri işdən çıxarılmış inşaatçıları qəbul edib – VİDEO

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Süleyman Neymətov tikinti sektorunda çalışmış bir qrup işçini qəbul edib, onların işdən çıxarılmaları və əmək haqlarının verilməməsi ilə bağlı müraciətini dinləyib. “Report” xəbər verir ki, S.Neymətov onların problemlərinin tezliklə həll ediləcəyini bildirib. Daxili İşlər Nazirliyinin qarşısına toplaşan keçmiş inşaatçılar bildirir ki, 3 ildən artıqdır onlar sözügedən problemləri ilə bağlı aidiyyatı […]

Dünya

İrəvanda qanlı toqquşma olub: Bir sakin ölüb, iki nəfərin vəziyyəti ağırdır

İrəvanın Kanaker-Zeytun inzibati rayonunda qanlı dava baş verib. Nəticədə bir nəfər ölüb, daha iki nəfər xəstəxanaya yerləşdirilib. İaşə məntəqəsində yerdə yıxılıb qalan şəxsləri ilk olaraq yaxınlıqda növbətçilik edən patrul xidmətinin əməkdaşları görüblər. Onlar yaralananlardan birini öz xidməti maşınlarında xəstəxanaya çatdırıblar, digər ikisini isə gəlib çatan təcili tibbi yardım briqadası aparıb. Xəstəxanaya yerləşdirilənlərdən biri daha sonra […]

İdman

“Qarabağ” Mbappenin əvəzedicisini gətirdi – 10 milyonluq oyunçu

“Qarabağ”ın heyətinə qatdığı yeni oyunçunun adı bəllidir. Ağdamlılar yayda anlaşa bilmədiyi Adama Diakabinin transferini indi rəsmiləşdirir. Futbolinfo.az xəbər verir ki, Türkiyədə hazırlıq keçən “Qarabağ”ın düşərgəsində olan futbolçu məşqlərə qatılır. Tezliklə onunla rəsmi müqavilə bağlanacaq. Müqavilənin dəyəri, müddəti və s. detallar hələ dəqiqləşməyib. Fransa gənclər millisində 4 oyuna çıxmış solaxaq vinger Seneqal əsillidir. Ayaççoda doğulmuş 26 […]

Cəmiyyət

Ölən vətəndaşdan tutulan son rüsum: Ölüm kağızı niyə ödənişlidir? – AÇIQLAMA

Azərbaycanda ölümün sübutuna pul tələb olunur. Bu barədə sosial şəbəkə üzərindən Samir Əliyev paylaşım edib. O qeyd edib ki, vəfat edən atası ilə bağlı ölüm kağızını ala bilmək üçün əziyyət çəkir: “Atamın ölüm kağızını almaq üçün “Xırdalan poliklinikası” adlandırdığımız Xırdalan Ailə Sağlamlıq Mərkəzinə getmişdim. Qeydiyyat şöbəsindən ailə həkimi terapevt Sevinc Qaragözovaya yönləndirdilər. Terapevt isə dedi ki, […]