Dünya

Yaponiyada bir balıq 271 min dollara satıldı – FOTO

Yaponiyanın Tokio şəhərində bu il keçirilən ilk hərracda yüksək qiymətə tunes balığı satışa çıxarılıb. 212 kq çəkisi olan mavi tunes balığı 36,04 milyon yenə (təxminən 271 min dollar) satılıb. Bu hərracda iştirak restoran biznesi üçün prestijli hesab olunur. Bu barədə hərracın təşkilatçıları məlumat veriblər. Satılan lot, yəni tunes balığı, Aomorinin şimal prefekturasındakı Oma limanından gətirilib. Bildirilir ki, bu […]

Cəmiyyət

Biləsuvar şəhər mərkəzinin və 4 kəndin qaz təchizatında fasilə yarandı – YENİLƏNİB

Biləsuvar şəhər mərkəzinin və 4 kəndin qaz təchizatında fasilə yarandı Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.   Məlumata görə. Lənkəran Regional qaz istismarı İdarəsindən daxil olan məlumata əsasən, Biləsuvar xidmət sahəsi ərazisində yerləşən, Biləsuvar QPS-dən qidalanan PE -225 mm-lik qaz xətti kənar şəxslər tərəfindən qazıntı işləri aparılarkən zədələnib. Nəticədə […]

İqtisadiyyat

Talış kəndinə daşıyıcı qaz xəttinin çəkilişi yekunlaşıb

İşğaldan azad olunmuş Talış kəndinə daşıyıcı qaz xəttinin çəkilişi işi yekunlaşıb. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq qaz təchizatı […]

Dünya

Səudiyyəli qadınlar ilk dəfə olaraq Həcc ziyarətinə kişilərsiz gedə biləcəklər

Səudiyyə Ərəbistanında ilk dəfə olaraq qadınlar Həcc ziyarətinə məhrəm sayılan kişinin müşayiəti olmadan gedə biləcəklər. Bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin bəyanatında deyilir. Bildirilir ki, qadınların Həcc və Ümrə ziyarəti üçün təqdim etdikləri elektron formaya müşayiət edən şəxs (ər, qardaş, ata və ya oğul) əlavə edilir. Bununla belə, o da qeyd olunur ki, […]

İdman

Ronaldunun yeni klubunun oyunu təxirə salındı

Futbol üzrə Səudiyyə Ərəbistanı çempionatının 12-ci turunun yanvarın 5-də Ər-Riyadda keçirilməli olan “Əl-Nəsr” – “Əl-Tai” matçı yanvarın 6-na təxirə salınıb. Bu barədə çempionatın mətbuat xidməti məlumat yayıb. Qərar güclü yağış nəticəsində ev sahibinin stadionunda elektrik enerjisinin kəsilməsi ilə əlaqədardır. Qarşılaşma cümə günü Bakı vaxtı ilə saat 19:00-da baş tutacaq. Qeyd edək ki, dekabrın 31-də “Əl-Nəsr” […]