Dünya

Lukaşenko Putini aldadıb? – FOTO

Özlərini “Birləşmiş müqavimət qərargahı” adlandıran Belarus hakerləri ölkə prezidentinin İşlər İdarəsinə tabe olan tibb mərkəzinin məlumatlar bazasını ələ keçiriblər. Onlar Aleksandr Lukaşenko və oğlu Nikolay tərəfindən verilən koronavirus üçün PCR testlərinin nəticələrini dərc ediblər. Testlər 2021-ci ilin aprelindən 2022-ci ilin dekabr ayının sonuna qədər olan dövrü əhatə edir. Onların demək olar ki, hamısı Lukaşenkonun Rusiya […]

MARAQLI

Qartəmizləyən maşının altında qalan Hollivud ulduzu xəstəxanadan qorxulu görüntüsünü paylaşdı – FOTO

“Marvel” kainatındakı “Qisasçılar” (“The Avengers”) filmində “Şahingöz” obrazını canlandıran amerikalı aktyor Ceremi Renner xəstəxana çarpayısından fotosunu yayımlayıb. Oxu.Az-ın məlumatına görə, Hollivud ulduzu pərəstişkarlarının qarşısına üzündən xəsarətlər, sol gözünün altı göyərmiş şəkildə çıxıb. O, dəstəyə görə hər kəsə təşəkkür edib. “Xoş sözləriniz üçün hamınıza təşəkkür edirəm. Hazırda yazmaq üçün çox da yaxşı formada deyiləm. Amma hamınıza […]

Dünya

Kral III Çarlz Şahzadə Harri ilə barışmaq istəyir: “Qapımız hər zaman onların üzünə açıqdır”

“Sasseks hersoqu tərəfindən verilən son bəyanatın əksinə olaraq Kral III Çarlz şahzadə Harri ilə barışmaq istəyir”. Bu barədə “The Telegraph” nəşri mənbələrə istinadən məlumat verib. “Krala yaxın insanlar iddia edirlər ki, Kaliforniya tərəfdən (Şahzadə Harri və Meqan Markldan) gələn çoxlu istehzalı və tikanlı sözlərə baxmayaraq, o, son bir neçə il ərzində ünsiyyət kanallarını açıq saxlayıb. […]

Dünya

Somalidə deputatın ofisi yaxınlığında partlayışlar baş verib: Ölənlər arasında məmurlar da var – FOTO

Somalinin mərkəzində yerləşən Mahas şəhərində federal parlament deputatının ofisinin qarşısında iki minalanmış avtomobil partladılıb. Nəticədə ən azı 15 nəfər həlak olub. Ölənlər arasında məmurlar da var. Hadisənin terrorçu-kamikadzelər tərəfindən törədildiyi ehtimal olunur. Hakimiyyət partlayışlara görə məsuliyyəti “Əş-Şəbab” qruplaşmasının üzərinə qoyub. Mənbə: “Somali Guardian” Xeberal.az

Dünya

Çindən iki il əvvəlkindən daha dəhşətli xəbərlər gəlir

Çində COVID-19 nəticəsində ölənlərin sayının kəskin artması ilə əlaqədar krematoriyalarda yerlər dolub, insanlar bunun üçün növbə götürməli olurlar. Pekin və Şanxayda sənaye işçiləri bildiriblər ki, onlar gecə-gündüz cəsədləri yandırırlar, “boş yerləri” isə yalnız yanvarın ortalarından sonraya sifariş etmək olar. Ölkədə dəfn sistemi iflic vəziyyətə düşüb. Lunxua krematoriyalarından birinin nümayəndəsi hər gün 500-dən çox cəsədin qəbul edildiyini xəbər verib. […]

Cəmiyyət

Qubada iki ailənin yaşadığı ev yanıb

Qubada iki ailənin yaşadığı evdə yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Quba şəhərində bir dam altında tikilən iki ailənin yaşadığı ümumi sahəsi 400 kvadratmetr (hər mərtəbəsi 200 kvadratmetr) olan ikimərtəbəli evin 1-ci və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 80 kvadratmetr sahədə, dam örtüyü 70 kvadratmetr sahədə yanıb. Evin […]

Cəmiyyət

Bakıda uşaq sığınacağında İNSİDENT: Polis maşınının şüşələrini kim qırdı? – AÇIQLAMA + VİDEO

Ötən gün Bakının Binəqədi rayonu ərazisində yerləşən Azərbaycan Uşaqlar Birliyinin sığınacağında insident olub. Xezerxeber.az-ın məlumatına görə, insident nəvələrini sığnacaqdan götürmək istəyən qadınla Birliyin sədri arasında yaşanıb. Birliyin sədri Kəmalə Ağazadə bildirib ki, Fizzə Kazımova adlı qadın nəvələri olan iki azyaşlı qız uşağını sığnacağa yerləşdirib. Bildirib ki, onların həyatı təhlükədədir. Kəmalə Ağazadə deyir ki, uşaqları sığnacağa qəbul etdikdən […]

İdman

Kadi Borges “Qarabağ”dan ayrıldı

Kadi Borges “Qarabağ”dan ayrılıb. Bu barədə Ağdam təmsilçisi məlumat yayıb. Bildirilib ki, Kadi Borgesin transferi ilə bağlı Rusiyanın “Krasnodar” klubu ilə aparılan danışıqlar yekunlaşıb. Danışıqların yekununa əsasən, futbolçu tibbi müayinədən keçdikdən sonra “Krasnodar”la rəsmi müqavilə imzalayacaq. Hələlik keçidin detalları ilə bağlı hansısa bir açıqlama verilməyib. Qeyd edək ki, Kadi 2021-ci ilin yayından “Qarabağ”da oynayırdı. Xeberal.az

Dünya

Totti çirkli pulların yuyulmasında ittiham olunur

“İmperator” ləqəbli məşhur italiyalı futbolçu Françesko Totti çirkli pulların yuyulmasında ittiham olunur. İtaliyanın çirkli pulların yuyulması üzrə hüquq-mühafizə orqanları “Roma” klubunun keçmiş kapitanı ilə bağlı araşdırmaya başlayıb. Hüquq-mühafizə orqanları əməkdaşlarının fikrincə, Totti “şübhəli bank əməliyyatları” həyata keçirib. Keçmiş futbolçunun qumarxana sahibləri və bukmeker kontorlarının xeyrinə qanunsuz olaraq külli miqdarda pul köçürmələrində əlinin olduğu ehtimal edilir. […]

Dünya

Gürcüstanda Saakaşvilinin müalicəyə buraxılması tələbi ilə aksiyalar keçirilir

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin yüzlərlə tərəfdarı ölkənin böyük şəhərlərində, o cümlədən Tiflisdə nümayişə toplaşaraq, hakimiyyətdən məhkum olunmuş keçmiş dövlət başçısını xaricdə müalicə olunmaq üçün azadlığa buraxmağı tələb ediblər. Müxtəlif şəhərlərdəki mitinqlər yerli telekanallar tərəfindən yayımlanır. Tbilisidə bir neçə yüz adam paytaxtın mərkəzindəki Sülh körpüsünə toplaşıb. Mitinqdə müxalif Vahid Milli Hərəkat Partiyasının liderləri, o cümlədən partiyanın […]