MARAQLI

Qadınların qorxulu yuxusu sağalmaz xəstəliklərin müdafiəçisi imiş

Alimlər müəyyən ediblər ki, qadınların qorxulu yuxusu sayılan selülit əslində bir sıra xəstəliklərdən qoruyur. Alimlərin bununla bağlı tədqiqatları “Diabetes” jurnalında dərc olunub. Corciyadan (ABŞ) olan tədqiqatçılar qəsdən kökəlməyi tövsiyə etmirlər, lakin onların sözlərinə görə, omba ətrafında toplanan piy insult və demensiyanın qarşısını alır. Bundan başqa, alimlər selülitə səbəb olan dərialtı yağın iltihabla əlaqəli xəstəliklərə qarşı […]

Cəmiyyət

Bakıda üç avtomobil toqquşdu

Bakının Səbail rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, hadisə nəticəsində iki “Toyota” və bir “Mercedes” toqquşub. İdarəetməni itirən “Toyota” markalı avtomobillərdən birinin sürücüsü maşını işıq dirəyinə çırpıb. Avtomobillər ərazidən götürülüb. Toqquşma nəticəsində yolda tıxac yaranıb. Xeberal.az

Dünya

Fransada “Parasetamol”un onlayn satışına qadağa qoyuldu

Fransa hökuməti “Parasetamol” əsaslı dərmanların onlayn satışını dayandırıb. Hakimiyyət tərəfindən bu ayın sonuna qədər “Parasetamol”un satışı qadağan edilib. Buna səbəb isə tədarük zəncirinin pozulmasıdır. Məlumata görə, tibbi dərmanın onlayn satışı müvəqqəti olaraq dayandırılıb. Son tarix bu ilin 31 yanvarıdır. Hazırda tərkibində “Parasetamol” olan dərmanların tədarükü ilə bağlı gərgin vəziyyət yaranıb. Bu tendensiya ölkədə altı aydan […]

Dünya

İran dronunda 12-dən çox Qərb şirkətinin texnologiyaları tapıldı

Ukraynada vurulan İran pilotsuz uçuş aparatlarından birində ondan çox Amerika və Qərb şirkətlərinin texnologiyası tapılıb. Ötən ay Ağ Ev ABŞ və Qərb texnologiyalarının İran dronlarında necə peyda olmasını araşdırmaq üçün administrasiya daxilində işçi qrupu yaradıb. ABŞ rəsmiləri İrana qarşı sanksiyaların icrasını gücləndirməyi və şirkətləri öz təchizat zəncirlərinə daha yaxşı nəzarət etməyə təşviq etməyi düşünürlər. Hələlik […]

Dünya

Hərbi ekspert Rusiyada ikinci səfərbərlik dalğasından danışdı: “İtlərlə qovalayacaqlar”

“Rusiyada səfərbərliyin ikinci dalğası başlayır. Bunun sayəsində Rusiya Prezidenti Vladimir Putin Ukraynaya yeni hücum üçün ehtiyat qüvvə yığmağa ümid edir. Lakin lazımi sayda “çağırışçılar”lərin cəlb edilməsi Kreml üçün çox çətin məsələ ola bilər”. Bunu TSN “Youtube” kanalında yayımlanan ümumukrayna telemarafonunda ukraynalı hərbi ekspert Oleq Jdanov deyib. “Bir gündən sonra səfərbərliyin başlanması gözlənilir. Səfərbərlik indi də […]

Cəmiyyət

Şabranda yol polisini avtomobil vurub

Şabran rayonunda yol polisi əməkdaşını avtomobil vurub. “Report”un məlumatına görə, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Gəndob kəndi yaxınlığında qeydə alınıb. Belə ki, Siyəzən rayon sakini, 1991-ci il təvəllüdlü polis serjantı Ağayev Röyal Eldar oğlu həmin ərazidə xidmət apararkən hərəkətdə olan avtomobil onu vurub. Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan polis əməkdaşı Şabran Rayon Mərkəzi Xəstəxanasına […]

Dünya

Avropadakı xizək kurortları bağlanır: Qar yoxdur

Avropa yeni ilə rekord yüksək temperaturla başlayıb. Anomal isti havalar bəzi xizək kurortlarını bağlanmağa məcbur edib. İqlim dəyişikliyindən Almaniya, Fransa, İsveçrə, Polşa və Çexiya kimi məşhur xizək idmanı ölkələri də zərər çəkib. Bu ölkələrin bir sıra şəhərləri üçün qış turizmi əsas gəlir mənbəyidir. Yanvarın 1-də Varşavada +18,9°C, Almaniyanın cənub-qərbindəki Olsbaxda +19,4°C, İspaniyanın şimalındakı Bilbaoda isə […]

Dünya

Pakistan Senatı Ərdoğanı Nobel Sülh Mükafatına namizəd göstərdi

Pakistan Senatının sədri Məhəmməd Sadik Sancrani Rusiya-Ukrayna müharibəsi zamanı göstərdiyi səylərə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürdüklərini açıqlayıb. Sancrani yazılı açıqlamasında dövlət başçısının namizədliyinin Pakistan xalqı və Senat adından irəli sürüldüyünü bildirib. Bu müharibənin bütün dünya üçün məhvlə nəticələnə biləcək nüvə müharibəsinə çevrilə biləcəyinə diqqət çəkən Sancrani, Ərdoğanın vaxtında […]

MARAQLI

Pike verdiyi qərardan peşman olub – VİDEO

Futbolçu Jerar Pike futbolu tərk etmək fikrini dəyişib. Hazırda o, sahibi olduğu İspaniyanın “Andorra” klubunda oynamaq istəyir. Xatırladaq ki, ötən ilin noyabr ayında ispaniyalı “Barselona”da oynadığı “son” matçında ağlamışdı və karyerasını bitirdiyini elan etmişdi. Onun böyük idmandan getməsinə səbəb Şakiradan ayrıldıqdan sonra mətbuatla problem və klub prezidenti ilə aralarındakı inciklik olub.         Посмотреть […]