Cəmiyyət

Qubada iki ailənin yaşadığı ev yanıb

Sharing is caring!

Qubada iki ailənin yaşadığı evdə yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Quba şəhərində bir dam altında tikilən iki ailənin yaşadığı ümumi sahəsi 400 kvadratmetr (hər mərtəbəsi 200 kvadratmetr) olan ikimərtəbəli evin 1-ci və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 80 kvadratmetr sahədə, dam örtüyü 70 kvadratmetr sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir