Dünya

Ərdoğanın Əsədlə görüşü gündəmdədir

Türkiyə hakimiyyəti Suriya ilə münasibətlərin normallaşması kursundan razıdır və hesab edir ki, Ankara ilə Dəməşq nümayəndələri arasında danışıqların gündəliyinin növbəti mərhələsi ən yüksək səviyyədə görüşün təşkili məsələsinin müzakirəsi olacaq. Bu barədə bazar ertəsi jurnalistlərə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının rəsmi nümayəndəsi Ömər Çelik məlumat verib. “Hesab edirik ki, iki ölkə arasında körpülərin qurulmasının vaxtı […]

Cəmiyyət

Goranboyda avtomobil iki yeniyetməni vurdu

Goranboyda piyadaların vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb. 1987-ci il təvəllüdlü Tural Musayev idarəetdiyi VAZ-2107 markalı minik maşını ilə yolu qarşı tərəfə keçmək istəyən 2005-ci il təvəllüdlü Elgün Musayev və 2006-cı il təvəllüdlü Ramil Rzayevi vurub. Piyadalar xəstəxanaya yerləşdirilib,vəziyyətlərinin kafi olduğu bildirilir. Faktla bağlı […]

Dünya

Bolqarıstan Türkiyə ilə qaz sazişi imzalayacaq

Bolqarıstanın “Bulgargaz” şirkəti çərşənbə axşamı Türkiyənin “Botaş” dövlət şirkəti ilə mayeləşdirilmiş qaz terminallarına və Türkiyənin qaz nəqli şəbəkəsinə çıxış haqqında müqavilə imzalayacaq. Bu barədə bazar ertəsi Bolqarıstan hökumətinin mətbuat xidməti məlumat yayıb. “Çərşənbə axşamı hökumət binasında müqavilə imzalanacaq. Bunun sayəsində “Bulgargaz” Türkiyənin dövlət enerji şirkəti “Botaş”ın terminallarına və qaz nəqli şəbəkəsinə çıxış əldə edəcək. Müqavilə […]

Dünya

Britni Spirs 12 milyon dəyəri olan evini satmaq qərarına gəlib

Amerikalı pop müğənni Britni Spirs əri Sem Asqarı ilə 2022-ci ilin iyununda 11,8 milyon dollara aldıqları evi satmaq qərarına gəlib. Ev Los-Anceles dairəsinin Kalabasas şəhərində yerləşir. Mənzilin təxminən 1,1 min kvadratmetr sahəsi olduğu bildirilir. Sənətçi atasının qəyyumluğundan çıxdıqdan sonra həyatını “sıfırdan” məhz bu evdən başlamağı planlaşdırırdı.   Mənbə yazır ki, bir müddət mənzildə qalan sənətçi evi bəyənmədiyi […]

Şou-Biznes

Hande Yenerdən onlara ATMACA: “Haradadılar?”

Türkiyənin məşhur müğənnisi Hande Yener müzakirələrə səbəb olacaq açıqlama verib. Lent.az Türkiyə mediasına istinadla bildirir ki, jurnalistlərə açıqlama verərkən, platformalarda mahnıları milyonlarla baxış alan bəzi müğənnilərə sataşıb. O, "Milyonlarla dinlənmə, kliklənmə alanlar barədə nələr düşünürsünüz?" – sualına belə cavab verib: "Rəqəmlərə baxdıqda, hər kəs dünya ulduzudur. Amma ortalıqda yoxdurlar. Bura qədərdir. Haradadırlar? Konsertlərə biz çıxırıq. […]

Dünya

Kalın Türkiyənin ABŞ-dən gözləntilərini açıqladı

Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın bildirib ki, Ankara Suriyanın şimalında terror təşkilatlarına qarşı mübarizədə ABŞ-dən tərəfdaşlıq ruhuna sadiq qalmasını gözləyir. “Ölkədə və birbaşa onun hüdudlarından kənarda terror təhlükəsi olduğu halda heç kim bizdən susqunluq gözləməməlidir. Birləşmiş Ştatların tərəfdaşlıq ruhuna əməl etməsini və Türkiyənin təhlükəsizlik problemlərini ciddi qəbul etməsini gözləyirik. Bizə qarşı birtərəfli siyasətin tətbiqini […]

Dünya

Müsəlman şəhəri turizmi inkişaf etdirmək üçün alkoqol vergisini ləğv etdi

Fars körfəzinin “əyləncə paytaxtı” kimi tanınan Dubay turizmi stimullaşdırmaq üçün spirtli içkilərə tətbiq edilən 30 faizlik vergini ləğv edib. Bundan əlavə, Dubayda içki içənlərdən tələb olunan vəsiqə artıq pulsuz olacaq. Dubay bir müddətdir ki, qanunları yumşaltmağa başlamışdı. Ramazan ayında gündüz spirtli içki satışına icazə verən əmirlik pandemiya zamanı evə çatdırılmanı təsdiqləmişdi. Bu son addımın Körfəz ölkələri […]

İdman

Ronaldu “Əl Nəsr”də məşqçini dəyişmək hüququna sahib olacaq

Kriştianu Ronaldu “Əl Nəsr”də geniş səlahiyyətlərə sahib olacaq. Mənbələrdən biri zarafatla qeyd edib ki, “Əl-Nasr” “Kriştianu FC” olmağa hazırlaşır. İddialara görə, hücumçu hazırkı çalışdırıcı ona uyğun gəlmədiyi halda, klubun məşqçisini dəyişə biləcək. Xatırladaq ki, hazırda komanda ilə Rudi Qarsiya işləyir. O, vaxtilə “Lion” və “Marsel” kimi klubları çalışdırıb. Mənbə: sports.ru Xeberal.az

Dünya

Evlənməyə hazırlaşan Çağatay Ulusoy fantastik məbləğə qayıq alır

Ötən illərdə yaxın həmkarları Kənan İmirzalıoğlu və Kıvanç Tatlıtuğla Marmaris şəhərinin Bozburun bölgəsində dənizkənarı torpaq alan türkiyəli məşhur aktyor Çağatay Ulusoy üzünü yaxınlıqdakı Söğüt kəndinə çevirib. Aktyor 12 milyon lirəyə dəniz mənzərəli torpaq sahəsi alıb. İnvestisiyalarına davam edən Ulusoy bu dəfə də qayıq üçün heyrətamiz məbləğ ödəyib. Onun 25 metrlik qayıq üçün 2,5 milyon avro (50 milyon […]

Dünya

NASA həyəcan təbili çalır: Çin Aya iddia edir

ABŞ-nin Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) rəhbəri Bill Nelson bəyan edib ki, Çin Xalq Respublikası Aya iddia edə bilər. “Bu bir faktdır: biz kosmik yarışdayıq. Yaxşı olar ki, biz onların (Çini nəzərdə tutur – red.) elmi araşdırma adı altında Aya iddia etmələrinin qarşısını alaq. Ola bilsin ki, gələcəkdə onlar bizə “yaxınlaşmayın, biz buradayıq, bura bizim […]