Cəmiyyət

Gəncədə dörd nəfər dəm qazından zəhərləndi

Gəncədə dörd nəfər dəm qazından zəhərlənib. Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin 1-ci mikrayon adlı ərazisində qeydə alınıb. 1956-cı il təvəllüdlü Təhminə Qurbanova, 2005-ci il təvəllüdlü Göhvər Hacıyeva, 1981-ci il təvəllüdlü Sevda Mirəliyeva və 1946-cı il təvəllüdlü Qəzəfər Qəribov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, onlar yaşdıqları evdə dəm qazından zəhərəniblər. Samir […]

İdman

Dünyanın keçmiş bir nömrəli tennisçisində iki növ xərçəng aşkar edildi

Dünyanın keçmiş bir nömrəli tennisçisi Martina Navratilova həkimlərin ona xərçəng diaqnozu qoyduğunu açıqlayıb. 66 yaşlı Navratilovaya noyabrın əvvəlində boynunda genişlənmiş limfa düyünləri aşkar edildikdən sonra boğaz xərçəngi diaqnozu qoyulub. Əlavə müayinə zamanı döş xərçəngi də aşkarlanıb. “Bu ikiqat zərbə ciddidir, lakin yenə də müalicə oluna bilər. Əlverişli nəticəyə ümid edirəm. Mən bütün gücümlə mübarizə aparacağam” […]

Cəmiyyət

Zakir Qaralova AĞIR İTKİ

Azərbaycanın sabiq baş prokuroru Zakir Qaralova ağır itki üz verib.  Lent.az-ın əldə etdiyi məlumata görə, Z.Qaralovun qardaşı Teymur Qaralov bu gün 69 yaşında dünyasını dəyişib.  Mərhum doğulduğu Gürcüstanın Başkeçid (Dmanisi) rayonunda dəfn olunacaq.  Z.Qaralov qardaşının dəfnində iştirak etmək üçün Gürcüstana gedib. Xeberal.az

Cəmiyyət

Su kanalında antisanitar vəziyyət: “Əvvəllər çay qoyulurdu, indi əl yumağa iyrənirik” – VİDEO

Bakının Xəzər rayonu, Binə qəsəbəsində su kanalı antisanitar vəziyyətdədir. Xezerxeber.az-ın məlumatına görə, Mehriban Qonşular küçəsindən keçən kanalın içərisi məişət tullantıları ilə doludur. Ətraf xarabalığı xatırladır, üfunət baş çatladır. Sakinlərin sözlərinə görə, əvvəllər kanalın suyundan yaxınlıqdakı bağların suvarılmasında istifadə olunub. Bir neçə ay bundan əvvələdək ətrafda zibil konteynerləri olub. Sonradan onların yoxa çıxması vəziyyəti çətinləşdirib: “Əvvəllər […]

Dünya

Çində virtual əməkdaşların işə qəbulu populyarlaşır

Çində virtual işçilərdən xidmət və əyləncə sənayesində fəal şəkildə istifadə olunur. Məlumata görə, 2022-ci ildə onlara tələbat iki dəfə artıb. Bildirilir ki, virtual insanların məvacibi ildə 2800 dollardan 14300 dollara qədər dəyişir. Virtual şəxs süni intellekt və maşın tədrisi alqoritmləri əsasında işləyir, ona görə də o, təkcə gündəlik işləri deyil, həm də daha yaradıcı işləri […]

Dünya

Ötən il Britaniyada hər gün 47 mağaza bağlanıb

Keçən il Böyük Britaniyada pərakəndə satış sektoru üçün çətin il olub, hər gün orta hesabla 47 mağaza bağlanıb. Bu barədə “Business Live” Pərakəndə Araşdırmalar Mərkəzi məlumat yayıb. Mərkəzin təhlilinə görə, 2022-ci ildə ölkədə 17 145 mağaza bağlanıb ki, bu da əvvəlki ilin 11 449 mağaza göstəricisindən təxminən 50% çoxdur. Eyni zamanda, pərakəndə satış şəbəkələri tərəfindən […]

Dünya

Avropada ötən ilin ən işlək hava limanı məlum oldu

Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatı (EUROCONTROL) 2022-ci il üçün Avropa hava limanları və hava nəqliyyatı ilə bağlı geniş hesabatını dərc edib. 2022-ci il hesabatına görə, Türkiyənin İstanbul Hava Limanı gündə orta hesabla 1156 uçuşla il ərzində Avropanın ən işlək hava limanı olub. COVID-19 epidemiyasının başlanğıc tarixi olan 2019-cu il ilə qarşılıqlı qiymətləndirmənin aparıldığı hesabata görə, […]

İdman

Çavuşoğlu Pelenin vida mərasiminə qatılıb – FOTO

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu əfsanəvi braziliyalı futbolçu Pelenin yanvarın 2-də Santosda baş tutan vida mərasimində iştirak edib. Diplomatik mənbələrdən alınan məlumata görə, prezident Rəcəb Tayyib Ərdoğan Braziliyanın yeni seçilmiş prezidenti Luiz İnasio Lula da Silvanın andiçmə mərasimində Türkiyəni təmsil edən nazir M.Çavuşoğluna Pelenin vida mərasimində iştirak etməyi tapşırıb. Qeyd edək ki, Pele kimi tanınan və […]

İdman

FIFA rəhbəri: “Dünyanın bütün ölkələrindən xahiş edirik ki, heç olmasa bir stadiona Pelenin adını versinlər”

FİFA prezidenti Canni İnfantino bütün dünya ölkələrini stadionlara Pelenin şərəfinə ad verməyə çağırıb. O, əfsanəvi braziliyalı futbolçu ilə “Santos”un stadionunda keçirilən vida mərasimində iştirak edib. “Mən ziddiyyətli emosiyalar yaşayıram. Bu, çox kədərlidir, amma eyni zamanda gülümsəyirəm, çünki Pele bizə çoxlu sevinc bəxş edib. Biz kralın xatirəsini ehtiramla yad edəcəyik. Bütün dünya ölkələrindən oyunlardan əvvəl bir […]

Cəmiyyət

Sabirabadda avtomobil 48 yaşlı qadını vurdu

Sabirabadda avtomobil 48 yaşlı qadını vurub. APA-nın məlumatına görə, hadisə Sabirabad rayonunun Minbaşı kəndində baş verib. VAZ-2107 markalı avtomobil yolu keçən Sabirabad rayonunun Çöl Beşdəli kənd sakini, 1975-ci il təvəllüdlü Babayeva Səidə Babaxan qızını vurub. Piyada müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Xeberal.az