Dünya

Ötən ilin ən yaxşı kompüter oyunları açıqlandı

Jurnalistlərin və istifadəçilərin reytinq toplayıcısı “Metacritic” 2022-ci ilin ən yaxşı kompüter oyunlarını açıqlayıb. Ən yaxşı 40 oyun jurnalistlərin rəyləri əsasında tərtib edilib. Birinci yerdə reytinqi 95 xal olan “Persona 5 Royal” olub. “Elden Ring” və “Dwarf Fortress” müvafiq olaraq 94 və 93 xalla ikinci və üçüncü yerləri tutublar. İlk onluğa həmçinin “God of War”, “Chained […]

Dünya

Daşkənd-Almatı reysi ilə uçan təyyarədə sərnişinlər xəsarət aldılar

Qazaxıstanın “Air Astana” aviaşirkətinin Daşkənd-Almatı reysi ilə uçan təyyarəsi güclü turbulentlik zonasına düşüb. Bu səbəbdən yeddi sərnişin müxtəlif yanıq və bədən xəsarətləri alıb. Onlara təyyarədə ilkin tibbi yardım göstərilib. Ekipaj hadisə barədə hava limanının yerüstü xidmətlərinə məlumat verib. Hadisə ilə bağlı araşdırma aparılır. Mənbə: Vesti.ru Xeberal.az

Dünya

Gürcüstanda sürücülük vəsiqəsi imtahanı mürəkkəbləşdirildi

Gürcüstanda 2023-cü il yanvarın 1-dən sürücülük vəsiqəsi imtahanı mürəkkəbləşib. Belə ki, praktiki imtahandan keçən gələcək sürücülər bir sıra əlavə suallara cavab verməli olacaqlar. Xüsusilə, meydançada praktiki imtahan verərkən lisenziya almaq istəyənlər avtomobilin istismarı ilə bağlı şifahi suallara cavab verməli olacaqlar. Suallar yağın, əyləc mayesinin, əyləc sisteminin, sükanın, faraların, mühərrikin, qəza işıqlarının, təkərlərin və sairin yoxlanılması […]

Cəmiyyət

Gədəbəydə evdə partlayış oldu: Xəsarət alan var

Gədəbəydə evdə qaz sızması nəticəsində partlayış olub. APA-nın məlumatına görə, hadisə rayonun Qumlu kəndində qeydə alınıb. Kənd sakini 2007-ci il təvəllüdlü Rəvan Ələsgərov bədənin müxtəlif hissələrinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, R.Ələsgərov evdə qazı yandıran zaman partlayış baş verib. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

Şəkidə usta iş yerində intihar etdi

Şəki 56 yaşlı kişi intihar edib. “Report”un məlumatına görə, hadisə bu gün axşam saatlarında Şəki şəhərində qeydə alınıb. Belə ki, Şəki şəhər sakini, 1967-ci il təvəllüdlü Bəxtiyar Hüseynov usta fəaliyyəti ilə məşğul olduğu iş yerində özünü asıb. Məlumata görə, intihar edən 56 yaşlı B. Hüseynov uzun illər usta kimi fəaliyyət göstərib. Faktla bağlı araşdırma aparılır. […]

Cəmiyyət

Televiziya reytinqlərinin müasir ölçülməsi sistemi bu il tam olaraq işə düşəcək

Azərbaycanda televiziya reytinqlərinin ölçülməsi üzrə müasir sistem bu ilin əvvəlindən tam olaraq işə düşəcək. “Report” xəbər verir ki, yeni sistem ilin əvvəlindən bazar iştirakçılarına təqdim olunacaq. Qeyd edək ki, Azərbaycanda televiziya reytinqlərinin ölçülməsi üzrə müasir sistemin quraşdırılması işlərinə 2021-ci ilin oktyabr ayından başlanılıb. Eyni zamanda, yeni sistemlə reytinqlərin ölçülməsi test rejimində aparılmağa başlanılıb və bazar iştirakçılarına […]

Dünya

Pelenin cənazəsi anım mərasiminin keçiriləcəyi stadiona aparılıb – VİDEO

Əfsanəvi futbolçu Pelenin tabutu vida mərasiminin təşkil olunacağı “Santos” futbol klubunun stadionuna aparılıb. Bu barədə keçmiş futbolçunun oğlu Edson Çolbi du Nasimento məlumat verib. Qeyd edək ki, futbolçu karyerasının çox hissəsini “Santos” klubunda keçirib. Öz növbəsində azarkeşlər bayraqlarla Santos şəhərinin küçələrinə çıxaraq cənazə maşınını qarşılayıblar. Mənbə: Life.ru Xeberal.az

Dünya

Hulusi Akar dünyanın ən böyük PUA daşıyan gəmisini ziyarət etdi – FOTO

Türkiyənin milli müdafiə naziri Hulusi Akar dünyanın ilk PUA daşıyan gəmisini və ölkəsinin ən böyük hərbi gəmisini ziyarət edib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” hesabında qeyd edilir. Türkiyə istehsalı olan hərbi gəmi praktiki olaraq istismara hazırdır. Millî Savunma Bakanı Hulusi Akar ve beraberindeki TSK Komuta Kademesinin gemideki kapsamlı inceleme ve denetlemeleri sırasında Anadolu […]