Siyasət

Bakıda İsrailin Avrasiya ölkələrindəki səfirlərinin rəsmi görüşü keçiriləcək

Yanvarın 16-18-də Bakıda İsrailin Avrasiya ölkələrindəki səfirlərinin Xarici İşlər Nazirliyinin mərkəzi aparatının yüksək vəzifəli şəxslərinin iştirakı ilə görüşü keçiriləcək. Bu barədə bazar ertəsi Trend-ə İsrailin Bakıdakı səfirliyndən bildirilib. Sözügedən tədbir İsrailin yeni xarici işlər naziri Eli Koenin yanvarın 2-də vəzifəsinin icrasına başlamasında qısa müddət sonra baş tutacaq. Xeberal.az

Cəmiyyət

Tovuzda müəmma: Ova gedən dostlardan biri yoxa çıxdı – VİDEO

Tovuzda ova gedən dostlardan biri müəammalı şəkildə yoxa çıxıb.   Xezerxeber.az-ın məlumatına görə, dörd dost evdən balıq tutmaq üçün Kür çayına üz tutubar. Geriyə qayıdan dostlardan biri isə itkin düşüb. Rayonun Qədirli kənd sakini 47 yaşlı Eldəniz Məmmədoun taleyi barədə fərqli fərziyyələr irəli sürülür. Onun ailə üzvləri bildirir ki, Eldəniz və dostları ova onların evindən […]

Dünya

İranda daha bir etirazçıya ölüm hökmü verildi – FOTO

İranın Ali Məhkəməsi  daha bir etirazçıya ölüm hökmü çıxarıb. Məlumata görə, Məhəmməd Boruqani edama məhkum edilib. Hökmdə bildirilir ki, o, təhlükəsizlik qüvvələrinin əməkdaşlarından birinə soyuq silahla qəsdən xəsarət yetirib. Təqsirləndirilən şəxs həmçinin Teher əyalətinin cənub-şərqində yerləşən Pekdaşt şəhərinin prefekturasının binasını yandırıb. “Məhəmməd Boruqani öz hərəkətləri ilə vətəndaşlar üçün qorxu və etibarsızlıq mühiti yaradıb”, – məhkəmədən […]

İdman

Messi Ronaldoya qarşı oynaya bilər

PSJ və “Əl Nəsr” arasında yaxın həftələrdə yoldaşlıq oyunu keçirilə bilər. Məlumata görə, Fransa klubu ilə Səudiyyə Ərəbistanı komandası arasında keçiriləcək oyun 2022-ci ilin yanvarına planlaşdırılsa da, koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Argentinalı hücumçu Lionel Messi məhz PSJ-də çıxış edir. Portuqaliyalı futbolçu Kriştianu Ronaldu isə bugünlərdə “Əl Nəsr” ilə müqavilə imzalayıb. Messi və Ronaldu sonuncu […]

Dünya

Almaniyada insanların zibil qutularında eşələnməsinə icazə veriləcək

Almaniyanın Kənd Təsərrüfatı Naziri Cem Özdemir zibil qablarından yemək götürən şəxslərin məsuliyyətdən azad edilməsini təklif edib. Onun sözlərinə görə, Almaniyada hər il 11 milyon ton qida tullantıları əmələ gəlir.  Baxmayaraq ki, problem “bir zərbə ilə” aradan qalxmayacaq, zibil qutularında eşələnmənin dekriminallaşdırılması bu problemin həlli istiqamətində ilk addım ola bilər. “Tullantı konteynerlərindən hələ də istifadə oluna […]

Dünya

İstanbul hava limanından 50-yə yaxın reys ləğv edilib

İstanbulun Sabiha Gökçen hava limanında qatı duman səbəbindən 48 reys təxirə salınıb. Məlumata görə, ləğv edilənlər Türk Hava Yolları və “Anadolujet” aviaşirkətlərinin reysləri olub. Bundan əvvəl hava şəraiti ilə əlaqədar gəmilərin boğazlarda hərəkətinin dayandırıldığı bildirilib. Güclü duman səbəbindən həm İstanbulda, həm də sahildə görmə qabiliyyəti pisləşib. Hava şəraiti yaxşılaşdıqdan sonra məhdudiyyətlərin götürüləcəyi gözlənilir. Mənbə: Takvim […]

Dünya

İsrailin yeni baş naziri ilk xarici səfərini BƏƏ-yə edəcək

29 dekabr 2022-ci ildə vəzifəsinin icrasına başlayan İsrailin baş naziri Benyamin Netanyahu ilk rəsmi xarici səfərini Birləşmiş Ərəb Əmirliklərinə etməyi planlaşdırır. Məlumata görə, səfər gələn həftənin əvvəlində baş tuta bilər, lakin dəqiq tarix və gündəm hələ də müzakirə olunur. Qeyd edək ki, Netanyahu üçüncü dəfə İsrailin baş naziri olub. BƏƏ prezidenti Məhəmməd bin Zayed Al […]

Şou-Biznes

“Marvel”in qəhrəmanının vəziyyəti ağırdır… – FOTO

Məşhur aktyor evinin həyətindəki qarı kürəyərkən başına xoşagəlməz iş gəlib. Lent.az xarici mediaya istinadla xəbər verir ki, "Marvel" serialının superqəhrəmanı "Hawkeye" obrazı ilə tanınan amerikalı aktyor Ceremi Renner xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir. Aktyorun Nevada ştatının Rose Ski Tahoe yaxınlığındakı evindəki hadisənin necə baş verməsi barədə dəqiq məlumatlar yoxdur. Hazırda Cereminin ailəsinin onun yanında olduğu […]

Dünya

Türkiyədə prezident seçkiləri vaxtından əvvəl keçirilə bilər

Türkiyədə iyunun 18-nə təyin edilmiş prezident və parlament seçkilərinin tarixi bir qədər erkən vaxta salına bilər. Bu ehtimalı bazar ertəsi hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmi nümayəndəsi Ömər Çelik açıqlayıb. “Bizim bu seçkiləri iyunun 18-də keçirmək iradəmiz var. Lakin bu, vətəndaşlarımızın xaricə məzuniyyətə getdiyi bir dövrə təsadüf edir. Odur ki, bəzi problemlər yarana biləcəyi […]

Cəmiyyət

Bakıda kafe və restoranlarda qiymətlər artdı – VİDEO

Bakıda fəaliyyət göstərən restoranlarda qiymətlər günü-gündən artmaqda davam edir. Xezerxeber.az-ın məlumatına görə, artım xüsusilə bayram günləri daha çox hiss edilir. Müştərilər deyirlər ki, kabablar və digər qidalar kəskin bahalaşıb. Bundan başqa, bəzi restoranlar depozit tələb edirlər ki, bu da həddindən artıq yüksək olur. Restoran müdiri Fərid Adıgözəlov obyektdə depozit olmadığını deyir. O, buna baxmayaraq, bahalaşmanın […]