Dünya

“Real Madrid” və PSJ-nin keçmiş futbolçusu “Sabah”a keçməyə yaxındır

“Real Madrid” və PSJ-nin keçmiş futbolçusu Xese Rodrigez karyerasını Azərbaycanda davam etdirə bilər. “Report”un əldə etdiyi məlumata görə, vinger “Sabah”la anlaşmağa yaxındır. Tərəflər artıq bir çox məsələlərdə razılığa gəliblər. Gözlənilməz problem çıxmasa, yaxın günlərdə münasibətlər rəsmiləşəcək. Hazırda Türkiyə Superliqa təmsilçisi “Ankaragücü”nün heyətində çıxış edən Xese Rodrigez “Real Madrid”in yetirməsidir. Karyerası ərzində Madrid klubu ilə yanaşı, […]

Cəmiyyət

Bakıda dava zamanı 21 yaşlı gənc bıçaqlanıb

Bakının Səbail rayonunda 21 yaşlı gənc bıçaqlanıb. “Report”un məlumatına görə, 2002-ci il təvəllüdlü Bəşirov Elmar Mehman oğlu tanıdığı şəxs tərəfindən dava zamanı bıçaqlanıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun sağ baldır və bud nahiyəsində iki ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub. Hadisənin təfərrüatı araşdırılır. Xeberal.az

Cəmiyyət

Polis ehtiyatsızlıqdan özünü güllələdi

Gədəbəy rayonunda Şəmkir Regional Mühafizə Şöbəsinin əməkdaşı, polis nəfəri Ülfət Bənnayev tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisə əməkdaşın səhər saatlarında xidmətə çıxmazdan əvvəl tabel silahını təhvil alarkən baş verib.  O, xəstəxanaya yerləşdirilib.  Araşdırmalar davam etdirilir. Xeberal.az

Cəmiyyət

Xankəndi-Laçın yolunda etirazlar: Aksiya iyirmi iki gündür davam edir – FOTO

Xankəndi-Laçın yolunda təşkil olunan aksiya vətənpərvərlik əzmində davam edir. AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə aksiya iştirakçıları Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarını bildirən plakatlar qaldıraraq şüarlar səsləndirirlər. Havanın şaxtalı olmasına baxmayaraq, onlar fəaliyyətlərini aktiv şəkildə davam etdirirlər. Aksiya zamanı gecə saatlarında olduğu kimi, səhər də təhlükəsizlik qaydalarına […]

Cəmiyyət

Şəmkirdə minik avtomobili elektrik dirəyinə çırpılıb, xəsarət alanları FHN əməkdaşları çıxarıblar

Şəmkirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.  Qeyd olunub ki, “Hyundai” markalı minik avtomobili elektrik dirəyinə çırpılıb, iki nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində xəsarət alanlar […]

Dünya

Meksikada həbsxanaya hücum olub: 24 məhbus həbsxanadan qaçırılıb

Meksikada həbsxanaya hücum 14 nəfərin ölümünə səbəb olub, insident nəticəsində 24 məhbus həbsxanadan qaçıb. Hadisə Meksikanın Syudad-Xuares şəhərində baş verib. Həbsxanaya hücum edən silahlı şəxslərin məqsədi bəzi məhbusları oradan azad etmək olub. İğtişaşlar zamanı ölənlərdən 10-u həbsxananın təhlükəsizlik xidmətinin əməkdaşıdır. Məlumat üçün əlavə edək ki, Syudad-Xuares şəhəri ABŞ ilə sərhəddə yerləşir. Mənbə: Milenio Xeberal.az

Cəmiyyət

İsmayıllıda avtomobillər toqquşub, yaralılar var

İsmayıllı rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, hadisə rayonun Balik kəndi ərazisində qeydə alınıb. Belə ki, VAZ-21099 və “Mercedes-Benz” markalı avtomobillər toqquşublar. Nəticədə VAZ-ın sürücüsü Akif Ağamirov və üç sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Dünya

Rusiya Pakistanla birgə hərbi təlimlər keçirəcək

Rusiya ordusu 2023-cü ildə bir sıra birgə hərbi təlimlər keçirəcək. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat verib. Bildirilib ki, Hindistanla “İndra-2023”, Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri ilə “Sülh Missiyası-2023”, Pakistanla “Dostluq-2023”, Monqolustan ilə “Selenqa-2023”, Kollektiv Qüvvələrin iştirakı ilə “Sərhəd-2023” manevrləri Rusiya poliqonlarında baş tutacaq. Həmçinin, yeni ildə Əlcəzair, Laos və Vyetnamla da birgə hərbi təlimlər nəzərdə […]

Şou-Biznes

“Kişinin bir gecəlik səhvi xəyanət deyil” – Xalq artisti – VİDEO

“Siz xəyanət nəyə deyirsiniz? Kişinin bir gecə təsadüfən hansısa hərəkətinə? Təsadüfdürsə, xəyanət deyil. Kişilər indi məni alqışlayacaq”.  Lent.az xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva “Düzünə qalsa…” verilişində qonaq olarkən deyib. O, kişilərin xəyanətindən və fədakar xanımlardan danışıb: “Artıq qadın olaraq mən başqa səviyyədən danışıram. Əvvəla, xəyanət evin içinə giribsə, orda öncə münasibətləri […]

Dünya

ABŞ qrupunun Polşadakı Yeni il çıxışı qalmaqal yaratdı

Yanvarın 1-də ABŞ-nin “Black eyed peas” qrupunun TVN kanalının yeni il konsertində göy qurşağı rəngli sarğılarla çıxışı Polşada qalmaqala səbəb olub. Belə ki, ədliyyə naziri Zbiqnev Ziobro bəyan edib ki, əgər TVN-nin Yeni il konsertində LGBT nümayəndələrinin təbliğatını telekanal planlaşdırıbsa, bunu qalmaqal hesab edənlər haqlıdır. Ədliyyə Nazirliyinin katibi Martsin Varhol isə TVN-də baş verənləri ayıb […]