Dünya

Rusiya Pakistanla birgə hərbi təlimlər keçirəcək

Sharing is caring!

Rusiya ordusu 2023-cü ildə bir sıra birgə hərbi təlimlər keçirəcək.

Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat verib.

Bildirilib ki, Hindistanla “İndra-2023”, Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri ilə “Sülh Missiyası-2023”, Pakistanla “Dostluq-2023”, Monqolustan ilə “Selenqa-2023”, Kollektiv Qüvvələrin iştirakı ilə “Sərhəd-2023” manevrləri Rusiya poliqonlarında baş tutacaq.

Həmçinin, yeni ildə Əlcəzair, Laos və Vyetnamla da birgə hərbi təlimlər nəzərdə tutulub.

Bundan əlavə, Rusiya hərbçilərinin KTMT-nin sülhməramlı kontingentinin Ermənistanda keçiriləcək “Sarsılmaz qardaşlıq-2023” təlimlərində iştirak edəcəyi açıqlanıb.

“Təlimlər zamanı hərbi əməliyyatların birgə planlaşdırılması məsələləri, iştirakçı ölkələrin Quru Qoşunlarının qərargah və bölmələrinin nümayəndələri arasında qarşılıqlı fəaliyyət qaydası, o cümlədən, şərti qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi üzrə taktiki hərəkətlər işlənib hazırlanacaq”, – Müdafiə Nazirliyi qeyd edib.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir