Cəmiyyət

Nikol Paşinyan cinayət işi ilə bağlı istintaqa çağırıldı – Xəbərlərin 20:00 buraxılışı

Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. Məhkumlara videogörüşlər keçirmək hüququ verilir. Prezident İlham Əliyev qanuna dəyişikliyi təsdiqlədi. Nikol Paşinyan cinayət işi ilə bağlı istintaqa çağırıldı. Ermənistanın Baş nazir istintaqda nədən danışdı? İstanbuldakı terrorun əsas fiqurlarından biri saxlanıldı. Hadisə ilə bağlı yeni detallar üzə çıxdı. Bakıda 7 yaşlı uşaq bıçaqlandı. Azyaşlının ailəsi baş verən hadisəni soyuqqanlı […]

Dünya

Moldovanın eks-prezidenti ev dustaqlığından azad edildi

Moldovanın keçmiş prezidenti İqor Dodon ev dustaqlığından azad edilib. Bu barədə Moldova Respublikasının Ali Ədliyyə Məhkəməsi qərar qəbul edib. Bununla bağlı keçirilən məhkəmə iclası “Telegram” kanalında yayımlanıb. “İqor Dodonun ev dustaqlığında saxlanılması ilə bağlı ittiham tərəfinin tələbi rədd edilsin. Eyni zamanda o, 60 gün məhkəmə nəzarətində qalacaq və bu müddət ərzində onun ölkədən çıxışı qadağandır”, […]

Dünya

İran Fransa avtomobillərinin idxalına qadağa qoydu

İran hökuməti anti-İran sanksiyalarına cavab olaraq “Renault”, “Peugeot”, “Citroen” və digər fransız istehsalçılarının avtomobillərinin ölkəyə idxalına qadağa qoyub. İranın Ticarət, Sənaye və Mədən Nazirliyinin sözçüsü deyib: “Fransızların ötən illərdəki qeyri-peşəkar davranışlarına görə biz artıq “Renault”, “Peugeot”, “Citroen” və Fransa istehsalı olan digər avtomobillərin qeydiyyatı və idxalına icazə vermirik”. Onun sözlərinə görə, İran hakimiyyət orqanları fransız […]

Siyasət

Əliyev-Mişustin görüşü: İpucları “Zəngəzur”a, İran gündəliyinə, Ermənistana təzyiq edilməsinə aparır – TƏHLİL

Noyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə geniş tərkibdə görüşü olub. Danışıqlara siyasi-iqtisadi münasibətlər sisteminə yeni konsepsiya ilə yanaşmanın əlamətləri kimi baxa bilərik. Azərbaycanla Rusiya arasında yaşanan siyasi gərginliyin üstünə su çiləmək üçün Mişustin cəlbedici ideyalarla Bakıya gəlib. Bir gün öncə isə Rusiya Prezidenti Vladimir Putin İlham Əliyevə zəng […]

Cəmiyyət

Borca görə Göygölün iki kəndinin suyu müvəqqəti dayandırıldı – FOTO

Göygöl rayonunun Hacıməlik qəsəbəsi və Mollacəlilli kəndində sakinlərin içməli suya görə xeyli miqdarda borcu yarandığı üçün bu yaşayış məntəqələrinin su təchizatı müvəqqəti dayandırılıb. Bu barədə “Azərsu” məlumat yayıb. Bildirilib ki, debitor borcun ödənilməsi ilə bağlı sakinlərə dəfələrlə xəbərdarlıq edilsə də, onların böyük əksəriyyəti yenə də öhdəliklərini yerinə yetirməyib. Buna görə də abonentləri ödənişə cəlb etmək […]

Cəmiyyət

“Sədərək” ticarət mərkəzində mağazaya basqın edən şəxs tutulub

“Sədərək” ticarət mərkəzində mağazaya basqın edən şəxs tutulub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Qaradağ rayonunda yerləşən ticarət mərkəzində quldurluq əməli törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Elnur Əmənov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

İqtisadiyyat

Azərbaycanda qiymətli kağızların dövlət reyestri aparılacaq

Azərbaycanda qiymətli kağızların dövlət reyestri aparılacaq. “Report”un xəbərinə görə, bununla bağlı Mülki Məcəlləyə dəyişiklik edilir. Dəyişikliklə qiymətli kağızların yeni dairəsi müəyyən edilir, qiymətli kağızların dövlət reyestrinin aparılması və sənədli qiymətli kağızın itirilməsi ilə bağlı hüquqi prosedurlar tənzimlənəcək. Təklif olunan dəyişikliklərlə “səhm sahibləri” ifadəsi “səhm mülkiyyətçiləri”, “reyestrsaxlayıcı” ifadəsini “mərkəzi depozitar”, “mənzil” ifadəsi “daşınmaz əmlak”, “məhkəmə icraçıları” […]

Cəmiyyət

Azərbaycanda dayanma-durma qaydalarının pozulması ilə bağlı qaydaya dəyişiklik edilir

Azərbaycan qanunvericiliyində dayanma və ya durma qaydalarının pozulması ilə bağlı qaydaya dəyişiklik edilir. “Report”un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik təklif olunur. Layihədə dayanma və ya durma qaydalarının pozulması ilə bağlı bütün növ inzibati xətalara görə məsuliyyətin foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrdən istifadə edilməklə elektron qaydada tərtib edilən qərarlar […]

Müharibə

Qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Noyabrın 18-i saat 12:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu və Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bundan başqa, saat 17:10-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış […]

Cəmiyyət

DTX milyarder Fərhad Əhmədovun evində və obyektlərində axtarış aparır

Azərbaycan əsilli, rusiyalı milyarder Fərhad Əhmədovun evində və obyektlərində axtarışlar aparılır. APA-nın əldə etdiyi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən milyarderin Göyçayda yerləşən villasında və ona məxsus obyektlərdə axtarışlar keçirilib. Lakin onun saxlanılması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Xeberal.az