Dünya

İndoneziyada güclü zəlzələ baş verdi

İndoneziyanın qərbindəki Benqkulu əyalətində bugün axşam saatlarında güclü zəlzələ baş verib. Bu barədə ölkənin Meteorologiya, İqlim və Geofizika Agentliyi məlumat verib. Bildirilib ki, zəlzələ 6,8 bal gücündə olub, lakin sunamiyə səbəb olmayıb. ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələ Benqkulunun 212 kilometr cənub-qərbində baş verib. Mənbə: Chinadaily.co Xeberal.az

İqtisadiyyat

“Samur” gömrük postunda vəziyyət necədir? – VİDEO

Bir müddət öncə Azərbaycan-Rusiya sərhədində yerləşən “Samur” gömrük postunda ucu-bucağı görünməyən yük avtomobillərinin növbəsi yaranmışdı. 3 500-ə qədər nəqliyyat vasitələrinin sürücüləri günlərlə növbə gözləməli olmuşdular. Hazırda mövzu ilə bağlı Azərbaycan və Rusiya hökumətləri arasında aparılan danışıqlar nəticəsində sıxlığın aradan qaldırıldığı müşahidə olunur. Sürücülərin sözlərinə görə, sıxlıq öncəki aylarla müqayisədə xeyli azalıb. Daha ətraflı Baku TV-nin süjetində: Xeberal.az

Siyasət

“Caliber”: “Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılması qaçılmaz oldu” – VİDEO

“Biz Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-rəsmi əlaqələri davam etdirməyi planlaşdırırıq”. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Avropa Siyasi Birliyinin Praqada keçirilən sammiti çərçivəsində oktyabrın 6-da yerli telekanallara müsahibə zamanı bildirib. Bununla bağlı “Caliber” hərbi-analitik layihəsinin yeni buraxılışında bəhs edilir. “Biz Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-rəsmi əlaqələri davam etdirməyi planlaşdırırıq. Deməliyəm ki, artıq bir […]

Cəmiyyət

Cəlilabadda orta məktəbdən oğurluq edilib

Cəlilabadda orta məktəbdə oğurluq olub. APA-nın məlumatına görə, Cəlilabad rayonunda orta məktəbdə barmaq izi aparatı və müşahidə kameraları oğurlanıb. Hadisə Göytəpə şəhəri V. Mürsəlov adına 1 nömrəli tam orta məktəbdə baş verib. Faktla bağlı Cəlilabad rayon Polis şöbəsində araşdırma aparır. Xeberal.az

Siyasət

ANAMA və ABŞ şirkəti minatəmizləmə sahəsində əməkdaşlıq edəcək – FOTO

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə ABŞ-ın Beynəlxalq Aerokosmik Mühəndislik Korporasiyası (IAEK) mina və partlayıcı sursatların təmizlənməsi sahəsində əməkdaşlıq edəcək. Bu barədə ANAMA məlumat yayıb. Bildirilib ki, “Mina təhlükəsi ilə mübarizə: çağırışlar və imkanlar” mövzusunda Bakıda keçirilən beynəlxalq tədbir çərçivəsində bununla bağlı tərəflər arasında Anlaşma Memorandumu imzalanıb. Xeberal.az

Cəmiyyət

Bıçaqlanan yeddi yaşlı uşağın ailəsi danışdı – VİDEO

Paytaxtın Sabunçu rayonunda 12 yaşlı uşağın yeddi yaşlı uşağı bıçaqlamasının təfərrüatı məlum olub. Qonşuların sözlərinə görə, bıçaqlanan uşaq daimi olaraq nadinclik edib və sözügedən ərazini dağıdaraq vətəndaşları narahat edib. Bıçaqlanan uşağın anası övladına xəsarət yetirən uşaqdan şikayətçi olmadığını və oğlunun nadinc olduğunu vurğulayıb. Daha ətraflı Baku TV-nin süjetində: Xeberal.az

Ana Səhfə

NİZAMİ RAYONUNUN SABİQ İCRA BAŞÇISNDAN UNİKAL DƏLƏDUZLUQ… – SƏLƏFİ ONU QORUYUR

Nizami Rayon İcra Hakimiyyəti dünyasını dəyişmiş kimsəsizlərə aid mənzilləri mənimsəyib. Coşqun Cəbrayılov da keçmiş başçının yol verdiyi qanun pozuntularını ört-basdır etməklə məşğuldur. Bu barədə  Xəbəral.az – a göndərilən şikayət məktubunda qeyd edilib. Bildirlib ki, rayonun keçmiş başçısı Arif Qasımov Mənzil İstismar Sahələri (JEK) rəhbərlərinin vasitəsilə Nizami rayonunda rus milliyətinə mənsub bir neçə ahıl və kimsəsiz […]

Cəmiyyət

Qoca Səmədovun səhhəti yenidən pisləşdi: Müalicə müəssisəsinə köçürüldü

Yevlax Şəhər İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Qoca Səmədovun səhhəti yenidən pisləşdiyindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müalicə müəssisəsinə köçürülüb. Bu barədə “Report”a onun vəkili Elnur Vəliyev məlumat verib. Onun sözlərinə görə, hazırda keçmiş icra başçısının səhhəti ağırlaşıb: “Qoca Səmədovun dördüncü ürək əməliyyatından sonra səhhəti daha da pisləşməyə doğru gedir. Belə ki, artıq onun […]

Cəmiyyət

Vəkillərin təntənəli təltifetmə mərasimi keçirilib – FOTO

Bu gün “Badamdar Estates” mehmanxanasında vəkillərin təntənəli təltifetmə mərasimi keçirilib. Bu barədə Vəkillər Kollegiyası məlumat yayıb. Bildirilib ki, mərasimi açılış sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov tədbirdə iştirak edən hər kəsi salamlayaraq qeyd edib ki, bu gün çox əlamətdar gündür. Müasir vəkilliyin tarixində ilk dəfə Kollegiyanın Ağsaqqallar Şurasının sədri, vəkil İkram Kərimov müzəffər xalqın nümayəndəsi […]

Cəmiyyət

Azərbaycanda rəngi dəyişdirilən avtomobillər 10 gün ərzində uçota alınacaq

Azərbaycanda rəngi dəyişdirilən avtomobillər 10 gün ərzində uçota alınacaq. “Report”un xəbərinə görə, bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilir. Dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin rəngi dəyişdirildikdə onun 10 gün ərzində dövlət qeydiyyatından keçirilərək uçota alınması tələbi də nəzərdə tutulur. Xeberal.az