İqtisadiyyat

Azərbaycanda qiymətli kağızların dövlət reyestri aparılacaq

Sharing is caring!

Azərbaycanda qiymətli kağızların dövlət reyestri aparılacaq.

“Report”un xəbərinə görə, bununla bağlı Mülki Məcəlləyə dəyişiklik edilir.

Dəyişikliklə qiymətli kağızların yeni dairəsi müəyyən edilir, qiymətli kağızların dövlət reyestrinin aparılması və sənədli qiymətli kağızın itirilməsi ilə bağlı hüquqi prosedurlar tənzimlənəcək.

Təklif olunan dəyişikliklərlə “səhm sahibləri” ifadəsi “səhm mülkiyyətçiləri”, “reyestrsaxlayıcı” ifadəsini “mərkəzi depozitar”, “mənzil” ifadəsi “daşınmaz əmlak”, “məhkəmə icraçıları” ifadəsi “icra məmurları” ilə əvəzlənir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir