Siyasət

DTX-nin “Zəfər” və “Qarabağ” ordenli əməkdaşlarının sayı – Əli Nağıyev açıqladı

“Əbəs yerə deyil ki, hazırda dünyanın aparıcı hərbi müəssisələrində Vətən müharibəsinin aparılmasının forma və qaydaları dərindən öyrənilməkdədir. Vətən müharibəsi dövründə və sonrakı vaxtlarda cənab Prezidentin rəhbərliyi altında Ermənistanın işğalçı siyasətinin ən mötəbər beynəlxalq tədbirlərdə tutarlı şəkildə ifşa edilməsi diplomatiyamızın böyük uğurları sırasındadır”. Bunu “Azərbaycan” qəzetində yazdığı məqalədə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev bildirib. […]

Siyasət

Əli Nağıyevdən Azərbaycana risk yaratmaq istəyənlərə XƏBƏRDARLIQ

“Ermənistanda revanşist hisslərlə yaşayan qüvvələr və onlara havadarlıq edən xarici dairələr regionda yaranmış yeni reallıqları qəbul etməli, Azərbaycanın təhlükəsizliyinə risk yaradacaq bütün çirkin əməllərdən çəkinməlidirlər. Əks halda nəzərə almalıdırlar ki, dövlət başçısının dediyi kimi, “Dəmir yumruq yerindədir!” Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev “Azərbaycan” qəzetinə yazdığı məqalədə bildirib. Xidmət rəisi qeyd edib ki, […]

Dünya

ABŞ Ukraynaya qoşun göndərə bilər

ABŞ Prezidenti Co Bayden ABŞ qoşunlarını Ukraynaya göndərə bilər. Bu barədə “Judging Freedom” “YouTube” kanalına müsahibəsində Pentaqon rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor deyib. “Təəssüf ki, hesab edirəm hazırda ABŞ hərbçilərinin Ukraynaya göndərilməsi üçün aktiv hazırlıq gedir”, – deyə o qeyd edib . Polkovnikin sözlərinə görə, bu, düşünülməmiş və təhlükəli qərardır. “Lakin hər şey buna […]

Dünya

Meksikada tələbələr güllələnib, ölənlər və yaralılar var

Meksikanın mərkəzində yerləşən Puebla ştatında naməlum şəxs gənclərə avtomatla atəş açıb. Zakatlan bələdiyyəsində baş verən silahlı hücumda iki nəfər ölüb, daha doqquz nəfər yaralanıb. Hücumun mümkün motivləri barədə məlumat açıqlanmayıb. Nəşrin məlumatına görə, ölən və yaralananlar regional institutlardan birinin tələbələri olub və hüquq-mühafizə orqanları qatilin onlarla təhsil ala biləcəyini istisna etmirlər. 2021-ci ildə rəsmi rəqəmlərə […]

Dünya

Mask “Twitter”in gəlirlərinin azaldığını açıqlayıb

Sahibkar İlon Mask “Twitter”in gəlirlərinin azaldığını açıqlayıb. O, bunun səbəbi ilə bağlı da açıqlama verib. “Aktivist qrupların reklamçılara təzyiq göstərməsi səbəbindən “Twitter”in gəlirləri kəskin şəkildə azalıb. Baxmayaraq ki, kontentin moderasiyası ilə bağlı heç bir dəyişiklik olmayıb. Biz aktivistləri sakitləşdirmək üçün mümkün olan hər şeyi etdik. Bu, ciddi səhvdir! Onlar Amerikada söz azadlığını məhv etməyə çalışırlar”, […]

Dünya

Parisdəki terror aktlarının təşkilatçısı həbsxanada evləndi

2015-ci ildə Parisdə terror aktlarının əsas təşkilatçısı olan və ömürlük həbs cəzasına məhkum edilən Salah Abdeslam evlənib. Bu barədə RTL radiostansiyası məlumat yayıb. Radiostansiyanın məlumatına görə, dini nikah telefonla bağlanıb. Bu, Abdeslamın cəza çəkdiyi Fransa paytaxtı ətrafında yerləşən Fleri-Meroji həbsxanasında baş tutub. Bildirilir ki, evlənəcəyi qızı məhkum üçün onun atası seçib, bəy özü isə gəlinlə […]

Cəmiyyət

Hazırda Bakı səması – FOTO

Bakı səmasından gözəl görüntülər yayılıb. Belə ki, ildırımın buludların arxasında çaxması maraqlı mənzərə yaradıb.  Həmin görüntüləri təqdim edirik:         Посмотреть эту публикацию в Instagram                       Публикация от Oxu.Az (@oxuaz) Xeberal.az

Cəmiyyət

İsmayıllıda iki avtomobil toqquşub, xəsarət alanlar var – FOTO

İsmayıllı rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. “Report” xəbər verir ki, hadisə axşam saatlarında rayonun Basqal kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

MARAQLI

Təxminən 400 yaşı olan eskizin sirri açıldı – FOTO

Yüz ildən çox muzeydə saxlanılan və kobud imitasiya hesab edilən eskizin, doğrudan da, Rembrandta məxsus olduğu aydınlaşıb. Söhbət 1921-ci ildən Haaqadakı Bredius Muzeyində olan “Xaçın ucaldılması” (“The Raising of the Cross”) əsərindən gedir. Eskiz 1640-cı illərə aiddir, uzun müddət onun müəllifinin holland rəssamın davamçılarından biri  olduğuna inanılırdı. Yalnız xüsusi tədqiqatın köməyi ilə eskizin həqiqi müəllifini müəyyən etmək […]