Dünya

Parisdəki terror aktlarının təşkilatçısı həbsxanada evləndi

Sharing is caring!

2015-ci ildə Parisdə terror aktlarının əsas təşkilatçısı olan və ömürlük həbs cəzasına məhkum edilən Salah Abdeslam evlənib.

Bu barədə RTL radiostansiyası məlumat yayıb.

Radiostansiyanın məlumatına görə, dini nikah telefonla bağlanıb. Bu, Abdeslamın cəza çəkdiyi Fransa paytaxtı ətrafında yerləşən Fleri-Meroji həbsxanasında baş tutub.

Bildirilir ki, evlənəcəyi qızı məhkum üçün onun atası seçib, bəy özü isə gəlinlə tanış olmayıb.

Xatırladaq ki, 2015-ci il noyabrın 13-də axşam saatlarında bir neçə terrorçu qrup Parisə və onun ətraf ərazilərinə hücum edərək 130 nəfəri öldürüb. İlk yarım saatda 90 nəfər ölüb. 

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir