İqtisadiyyat

Bolqarıstanın eks-prezidenti: “Azərbaycan Avropaya bərpa olunan enerjinin ən böyük tədarükçüsünə çevrilir”

Sharing is caring!


“Azərbaycan Avropaya bərpa olunan enerji mənbələrinin ən böyük tədarükçüsünə çevrilir”.

“Report” xəbər verir ki, bunu Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyev Şuşada “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müasir dünyadakı ən son çağırışlar ilə əlaqədar bərpa olunan enerji mənbələri çox vacib məsələyə çevrilib.

R.Plevneliyev vurğulayıb ki, Azərbaycan “təmiz enerji”nin Avropa ölkələrinə nəqlinə mühüm töhfə verməyə hazırdır:

“Bu baxımdan biz çox nikbinik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir