Hüquq

Deputat Kəmaləddin Qafarovun “Azəri med” firması ölkəyə saxta dərman gətirir – Məhkəməyə verildi

Sharing is caring!

Xəbəral “qafqazinfo”ya istinadla xəbər verir ki, şirkət sanitariya-gigiyena və epidemioloji qanunvericiliyi pozmaqda təqsirli bilinir.

Şirkət İnzibati Xətalar Məcəlləsinin 221.1-ci (bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, saxta dərman vasitələrinin istehsalı, satışı) maddəsi ilə cərimələnib.

İşə Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə baxılacaq. Şirkəti 5 min manatdan 7 min manatadək cərimə cəzası gözləyir.

Qeyd edək ki, “Azəri Med” firması Azərbaycanda 170-dən çox apteklər şəbəkəsinə məxsusdur. 2018-ci ildə əczaçılıq fəaliyyəti ilə məşğul olan “Shafran” və “Avestafarm” MMC-lər ləğv edilərək “Azəri Med”ə birləşib.

Xatırladaq ki, “Azəri Med” şirkəti bir müddət öncə gömrük qanunvericiliyini pozduğu üçün məhkəməyə verilmişdi.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir