Cəmiyyət

İsmayıllıda iki avtomobil toqquşub, xəsarət alanlar var – FOTO

Sharing is caring!

İsmayıllı rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə axşam saatlarında rayonun Basqal kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir