Cəmiyyət

Saxlanılan dünya və Avropa çempionu: “Ədalət qalib gəldi və öz evimdəyəm”

“Bir neçə saat əvvəl müxtəlif saytlarda mənim barəmdə yazılanlar tamamilə yanlış məlumatlardır və həqiqəti əks etdirmir”. Bunu Oxu.Az-a Qazax Rayon Polis Şöbəsində saxlanılmasına dair açıqlamasında pauerliftinq üzrə dünya və Avropa çempionu, Əməkdar idman ustası İsrafil Məmmədov deyib. Onun sözlərinə görə, özü də uzun illər hüquq-mühafizə orqanında xidmət edib və hüquqşünasdır: “Qanunlara itaət, dövlət hakimiyyəti orqanlarının […]

İdman

Böyük Dəbilqə: Rüstəm Orucov, Hidayət Heydərov və Səid Mollayi mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha 12 cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqədə mübarizəyə başlayacaq. “Report”un məlumatına görə, 73 kq çəki dərəcəsində Rüstəm Orucov, Hidayət Heydərov, Telman Vəliyev və Vüsal Qələndərzadə tatamiyə çıxacaq. 81 kq-da Səid Mollayi, Elcan Hacıyev, Zelim Tçkayev və Ömər Rəcəbli medal qazanmağa çalışacaq. Qadınların yarışında 63 kq-da Aytac Qardaşxanlı ilə Nərgiz Hacıyeva, 70 kq-da […]

Siyasət

Molla rejiminin vaxtı ilə qurduğu sxem dağılır: DTX İranı ifşa edən yeni əməliyyatlar keçirə bilər – TƏHLİL

1990-cı illərdə Azərbaycanın yaşadığı təlatümlü dövrlərdə, təhlükəsizlik mühitində yaranan boşluqlardan istifadə edib dövlətə qarşı hərbi-siyasi-dini təşkilat formalaşdırmaq cəhdlərində İranın xüsusi payı var idi. Ümumiyyətlə, xaricdən axıdılan zəhərdə İrandan savayı başqa ölkələr, xarici institutlar da rola malik idi, lakin Tehranın regional və qlobal ambisiyaları onun Azərbaycana baxışını kəskinləşdirirdi. Siyasi islamı özünün ideologiyasının mərkəzində tutan Tehran elə düşünürdü ki, […]

Cəmiyyət

Qaxda bacısını qətlə yetirməkdə şübhəli bilinən 15 yaşlı oğlan tutulub

Qaxda bacısını qətlə yetirən şəxs tutulub. Bu barədə Oxu.Az-a Baş Prokurorluqdan məlumat verilib. Belə ki, noyabrın 4-ü saat 19 radələrində 2005-ci il təvəllüdlü Albina Papiaşvilinin üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə zərərçəkmişin […]

Dünya

“Lamborghini”nin tarixi ekranlaşdırıldı: Bədii filmə çevrildi – VİDEO

2023-cü ildə “Lamborghini”nin 60 illik yubileyi qeyd olunacaq. Lakin artıq 2022-ci ildə italyan avtomobil istehsalçısının hekayəsindən bəhs edən bədii film geniş ekranlara çıxacaq. “Lamborghini: The Man Behind The Legend”in buraxılışı noyabrın 18-nə planlaşdırılır. “Lionsgate” media şirkətinin yeni işi eyni vaxtda həm kinoteatrlarda, həm də striminq xidmətlərində nümayiş olunacaq. Filmin yaradıcıları arasında “Oskar” mükafatçıları Mira Sorvino […]

Cəmiyyət

Sabiq nazir Fazil Məmmədov dəfn olunur – FOTO

Türkiyədə vəfat edən Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov dəfn olunur. Oxu.Az xəbər verir ki, sabiq nazirin cənazəsi dəfn olunması üçün Yasamal qəbiristanlığına gətirilib. Dəfn mərasiminə onun ailə üzvləri, tanışları, bir sıra ictimai xadimlər qatılıblar. Qeyd edək ki, 58 yaşlı sabiq nazir Fazil Məmmədov ötən gün Türkiyədə müalicə aldığı xəstəxanada ürək çatışmazlığından vəfat edib. Könül Cəfərli […]

İdman

Bakıda yunan-Roma güləşi üzrə Dünya Kuboku start götürür

Bu gün Bakı İdman Sarayında yunan-Roma güləşi üzrə Dünya Kubokuna start veriləcək. “Report”un məlumatına görə, ilk yarış günündə A və B qrupunda qarşılaşmalar təşkil olunacaq. İlk olaraq A qrupunda Türkiyə və İran seçmələri üz-üzə gələcəklər. Daha sonra saat 16:00-da turnirin açılış mərasimi baş tutacaq. Saat 17:00-dan A qrupunun İran-Qırğızıstan, Qırğızıstan-Türkiyə və B qrupunun Azərbaycan-Dünya yığması […]

Cəmiyyət

Bakı yollarında 14 istiqamətdə sıxlıq var – SİYAHI

Paytaxtda sıxlıq olan küçə və prospektləri açıqlanıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən xəbərə görə, sıxlıq olan yollar aşağıdakılardır: 1. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində; 2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5. Bakı-Sumqayıt […]

Cəmiyyət

Sabirabadda baş verən qəzada iki nəfər xəsarət alıb

Sabirabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. “Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Zəngənə-Cavad kəndini birləşdirən yolda qeydə alınıb. Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza nəticəsində Sabirabadda yaşayan Kürdəmir rayon sakinləri, 1968-ci il təvəllüdlü Mayılov Vüqar Bəybala oğlu və 1974-cü il təvəllüdlü Əsədov Natiq Məmmədtağı oğlu müxtəlif […]

Siyasət

Fərrux yüksəkliyindəki antiterror əməliyyatını DTX keçirib – RƏSMİ

“44 günlük Vətən müharibəsi dövründə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən İraq və Suriyadan gətirilmiş, terror qruplaşması ilə əlaqəli olan şəxslərin radio danışıqlarının əldə olunması, döyüşlərdə iştirak edən livanlı muzdlu-terrorçunun saxlanılaraq məsuliyyətə cəlb edilməsi Azərbaycana qarşı aparılan hərbi əməliyyatlarda müəyyən maddi qarşılıq müqabilində düşmən tərəfində xarici vətəndaşların iştirakını təsbit edən faktlar kimi vurğulanmalıdır”. Bunu DTX rəisi general-polkovnik […]