Cəmiyyət

Saxlanılan dünya və Avropa çempionu: “Ədalət qalib gəldi və öz evimdəyəm”

Sharing is caring!

“Bir neçə saat əvvəl müxtəlif saytlarda mənim barəmdə yazılanlar tamamilə yanlış məlumatlardır və həqiqəti əks etdirmir”.

Bunu Oxu.Az-a Qazax Rayon Polis Şöbəsində saxlanılmasına dair açıqlamasında pauerliftinq üzrə dünya və Avropa çempionu, Əməkdar idman ustası İsrafil Məmmədov deyib.

Onun sözlərinə görə, özü də uzun illər hüquq-mühafizə orqanında xidmət edib və hüquqşünasdır:

“Qanunlara itaət, dövlət hakimiyyəti orqanlarının tələblərinə qeyd-şərtsiz tabeyəm. Deyilən və yazılanların heç biri sübuta yetmədi. Ədalət qalib gəldi və öz evimdəyəm”.

Qeyd edək ki, APA-nın məlumatına görə, Qazax RPŞ-də İsrafil Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 535 (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu (Xırda xuliqanlıq) maddələri protokol tərtib edilərək baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə İsrafil Məmmədova 50 manat cərimə cəzası verilib və o sərbəst buraxılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir