Dünya

Əfqanıstanda qadınlar polisdə xidmətə cəlb edilib – FOTO

Əfqanıstanda siyasi hakimiyyətdə olan “Taliban” hərəkatı ictimai asayişin mühafizəsi üçün qadınlardan ibarət çevik polis alayı yaradıb. Artıq polisdə xidmət edəcək xanımlara uniforma, üzlük, qalxan, dəbilqələr paylanılıb. Qeyd olunur ki, qadın polislər əsasən paytaxt Kabildə həmcinslərinin keçirdiyi aksiyaları dağıtmaqda iştirak edəcəklər. Mənbə: Sputnik Əfqanıstan Xeberal.az

Dünya

Rusiya və İran arasında strateji əməkdaşlıq sazişi imzalandı

Rusiya və İran çərşənbə axşamı iki ölkə arasında strateji əməkdaşlıq sazişi imzalayıb. Məlumata görə, sənədə iqtisadi-ticari əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında Rusiya baş nazirinin müavini Aleksandr Novak və İranın neft naziri Cavad Oudci qol çəkiblər. Müqavilələrin təfərrüatları açıqlanmayıb. Bundan əlavə, tərəflər İranda dəmir yolu xətlərindən birinin elektrikləşdirilməsi üçün kredit sazişi və səhiyyə sahəsində əməkdaşlıq memorandumu […]

Siyasət

DTX İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşməni ifşa edib – VİDEO

İran xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası vətəndaşlarının gizli şəkildə ölkə hüdudlarından kənarda hərbi təlimlərə cəlb olunması, onların maliyyələşdirilməsi və fəaliyyətlərinin istiqamətləndirilməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq istifadə edilməsi məqsədilə şantaj və digər zorakı üsullarla təsir dairəsində saxlanılması halları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks araşdırma tədbirləri həyata keçirilir. Bu barədə Dövlət […]

Mədəniyyət

Azərbaycanın əməkdar incəsənət xadimi dünyasını dəyişdi – FOTO

Azərbaycanın Əməkdar incəsənət xadimi, kinorejissor, ssenarist Leyla Səfərova vəfat edib. Bu barədə Azərbaycan Film Fondu məlumat yayıb. Bildirilib ki, Leyla Həzrət qızı Səfərova 15 oktyabr 1945-ci ildə anadan olmuşdur. 1974-cü ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirmişdir. “Mosfilm” kinostudiyasında “Əbədi təkanverici qüvvə” (1979), “Oğul” (1982) bədii filmlərini lentə almışdır. Azərbaycan Televiziyasında “Firəngiz Qurbanova – rəssam və […]

Siyasət

İkiüzlü Tehran və İrəvan: Taylı tayını tapıb – ŞƏRH + FOTO

Ermənistan hakimiyyəti “qapı-qapı” siyasətini həyata keçirir. Rəsmi İrəvanın iqtisadi sahədə proqramı olmadığından maliyyə vəziyyətini düzəltmək üçün telemarafonlar, ianələr, müxtəlif yardımlarla iqtisadiyyatını idarə edir. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində ikitərəfli görüşlər keçirib, bu yöndə mövcud problemlərin aradan qalxmasına cəhd belə göstərmir. Üzərinə götürdüyü öhdəlikləri müxtəlif bəhanələrlə yerinə yetirməkdən yayınır. Bu ölkənin rəhbərliyi 2020-ci il noyabrın 10-da üzərinə […]

Siyasət

Baş nazir və Prezident Administrasiyasının rəhbəri Şərqi Zəngəzura səfər edib – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, noyabrın 1-də Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət heyət Şərqi Zəngəzura səfər edib. Nümayəndə heyəti əvvəlcə yeni istifadəyə verilmiş Zəngilan Beynəlxalq […]

Cəmiyyət

İran hakimiyyətinin hicab riyakarlığı – VİDEO

İranda məcburi hicab əleyhinə kütləvi etirazların davam etdiyi bir vaxtda əhalinin hakimiyyət təmsilçilərinə qarşı qəzəbini daha da alovlandıran qalmaqallı bir hadisə baş verib. Belə ki,  İbrahim Rəisi hökumətinin Yol və Şəhərsalma naziri Rüstəm Qasiminin bir qadınla məhrəm münasibətlərini əks etdirən şəkilləri yayılıb. Məsələnin kəskin reaksiyalar doğuran cəhəti budur ki, iranlı nazirin yanındakı qadın hicabsızdır və […]

İqtisadiyyat

Rövşən Nəcəf Çex Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb – FOTO

Noyabrın 1-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Çex Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçek ilə görüşüb. Bu barədə Dövlət Neft Şirkəti məlumat yayıb. Milan Sedlaçek Çex televiziyasının “Xaricdən mənzərələr” proqramının bir hissəsi kimi hazırlanacaq sənədli filmin “Neft Daşları”nda çəkilişləri üçün göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib. Görüşdə Azərbaycan Respublikası […]

Dünya

Komaya düşən Anatoli Karpovdan yeni xəbər var

Oktyabrın 29-da ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən və koma vəziyyətinə şahmat üzrə 12-ci dünya çempionu Anatoli Karpovun vəziyyəti xeyli yaxşılaşıb. Bu barədə onun həyat yoldaşı Natalya Bulanova məlumat verib. N. Bulanova vurğulayıb ki, 71 yaşlı qrossmeyster hər hansı halsızlıq əlamətləri hiss etmir və evə buraxılmağa hazırdır: “Həkimlər deyirlər ki, hələ tezdir, bir qədər də […]