Dünya

Rusiya və İran arasında strateji əməkdaşlıq sazişi imzalandı

Sharing is caring!

Rusiya və İran çərşənbə axşamı iki ölkə arasında strateji əməkdaşlıq sazişi imzalayıb.

Məlumata görə, sənədə iqtisadi-ticari əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında Rusiya baş nazirinin müavini Aleksandr Novak və İranın neft naziri Cavad Oudci qol çəkiblər. Müqavilələrin təfərrüatları açıqlanmayıb.

Bundan əlavə, tərəflər İranda dəmir yolu xətlərindən birinin elektrikləşdirilməsi üçün kredit sazişi və səhiyyə sahəsində əməkdaşlıq memorandumu imzalayıblar.

Qeyd edək ki, noyabrın 1-də Qroznıda Rusiya-İran iqtisadi-ticari əməkdaşlıq komissiyasının 16-cı iclası keçirilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir