Cəmiyyət

Yevlaxda avtomobil piyadanı vuraraq öldürüb

Yevlaxın Yuxarı Qarxun kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. “Report” xəbər verir ki, rayon sakini, 50-55 yaşlarında İsrafil Güləliyevi “VAZ-2107” markalı avtomobil vurub. Nəticədə piyada aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Dünya

Səudiyyə Ərəbistanı kəşfiyyatı: “İran yaxın 48 saat ərzində ölkəyə hücum edə bilər”

Səudiyyə Ərəbistanındakı ABŞ qoşunları və krallığın öz ordusu İrandan gələn hədələrdən sonra yüksək hazırlıq vəziyyətinə gətirilib. Ər-Riyad Səudiyyə Ərəbistanındakı obyektlərə, o cümlədən infrastruktur hədəflərinə mümkün zərbələr gözləyir. Ölkə kəşfiyyatının məlumatına görə, yaxın 48 saat ərzində İran tərəfindən hücum baş verə bilər. Mənbə: The Wall Street Journal Xeberal.az

Siyasət

İran Ermənistana qaz ixracını 100% artıracaq – FOTO

İran Ermənistana qaz ixracını artıracaq. Bununla bağlı “Azad İran” “Telegram” kanalı məlumat yayıb. Bildirilib ki, SEPAH-a bağlı media iddiasına görə, bunun bağlı İranın neft nazirinin qaz sənayesi üzrə müavini açıqlama verib: “Bu gün Ermənistana gündəlik 1 milyon kubmetr qaz ixrac edirik. Yeni anlaşmaya görə bu götəricini ikiqat artıraracağıq”.   Xeberal.az

Dünya

Azərbaycanlı hüquqşünas Beynəlxalq Arbitraj Məhkəməsi Direktorlar Şurasının üzvü və şöbə rəhbəri təyin edilib

Azərbaycanlı hüquqşünas Ruslan Mirzəyev Parisdə yerləşən və dünyanın əsas arbitraj məhkəməsi sayılan Beynəlxalq Arbitraj Məhkəməsinin direktorlar şurasının üzvü, eləcə də Təlim və Tədris Şöbəsinin rəhbəri təyin edilib. Təlim və Tədris Şöbəsi bütün dünyada arbitraj, vasitəçilik və kommersiya hüququnun müxtəlif sahələrində arbitrlərin, vəkillərin, mediatorların, hakimlərin və dövlət məmurlarının təlim və təhsilinin təşkilinə cavabdehdir. O, həmçinin Beynəlxalq […]

Mədəniyyət

Rasim Balayev: “Elə bildilər, biz qızlara sataşmağa gəlmişik” – VİDEO

“Çalışmışam ki, çəkilən sərhədə baxmayım. Çünki aktyor sərbəst olsa, yaxşıdır”. Bunu Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev Baku TV-yə eksklüziv müsahibəsində deyib. Aktyor tragikomik obraz oynamaq istəyindən danışıb. “Yumoru çox sevirəm. Bəzən dostlarım deyir ki, sən gərək yumor aktyoru olaydın. Amma elə olub ki, mənə ciddi rollar veriblər”, – deyə o qeyd edib. […]

Cəmiyyət

Baş Mühafizə İdarəsində xidmətə qəbul elan edib

Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsində xidmətə qəbul elan edilib.  Bu barədə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi məlumat yayıb. Xidmətə qəbul şərtləri aşağdakılardır:  Sıravi və kiçik rəis heyəti vəzifələrinə qəbul. 1. Daxili işlər orqanlarında xidmətə qəbul müsabiqə və şəffəflıq əsasında həyata keçirilir.  2. DİO-da xidmətə könüllülük əsasında, şəxsi və işgüzar keyfiyyətlərinə, fiziki və peşə […]

Dünya

Navalnını yenidən cəza kamerasına saldılar: Bu, avqust ayından bəri yeddinci dəfədir

Rusiyalı müxalif siyasətçi Aleksey Navalnı 11 sutkalıq cəza təcridxanasına salınıb. O, “Twitter” hesabında bildirib ki, sonuncu dəfə cəza təcridxanasına salınmasından cəmi altı gün keçib. “Yaxşı, bu kifayətdir. Yoxsa rahatlıq gələ bilər. Yenə 11 sutkalıq cəza təcridxanası. Çünki məşq meydançasını pis təmizləmişəm və leytenant Neymoviçi adı və atasının adı ilə deyil, “leytenant Neymoviç” deyə müraciət etməklə […]

Dünya

Ukrayna kəşfiyyatı: “İran Rusiyaya Xəzər vasitəsilə 200-dən çox PUA göndərəcək”

Noyabrın əvvəlində İran Rusiya Federasiyasına 200-dən çox “Şahed-136”, “Mohajer-6” və “Arash-2” döyüş PUA-ları göndərməyi planlaşdırır. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb. “Məlumdur ki, PUA-lar Xəzər dənizi vasitəsilə Həştərxan limanına çatdırılacaq. Pilotsuz uçuş aparatları sökülmüş vəziyyətdə gətiriləcək. Gələcəkdə onlar Rusiya Federasiyasının ərazisində yığılacaq və Rusiya işarələri ilə yenidən rənglənəcək”, – deyə idarədən […]

Cəmiyyət

QHT layihənin yekun tədbirini keçirdi

Əsgər Ailələrinə Dəstək ictimai birliyi  QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yardımı ilə  “Şəhid ailələri və qazilərin hüquqlarının qorunması ilə bağlı görüşlərin  təşkili: TV -nın və Web-saytın  yaradılması” layihəsini icra etdi. Layihə 1sentyabr-1 dekabr tarixinədək həyata keçiriləcək.  Layihə Bakı şəhəri, Göranboy rayonu, Ağcakənd qəsəbəsində icra olundu. Layihədə şəhid ailələrinin və qazilərin hüquqlarının müdafiəsindən, maarifləndirilməsindən, dövlətin həssas qruplarla […]

Siyasət

İlham Əliyev Əlcəzairdə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısının açılış mərasimində iştirak edir

Noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısı keçirilir. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində Fəxri qonaq statusunda iştirak edir. Əlcəzair Prezidenti Abdelmacid Tebbun Prezident İlham Əliyevi, Sammitdə iştirak […]