Müharibə

Ermənilərin Kəlbəcər istiqamətində təxribatının qarşısı alındı – RƏSMİ

Sentyabrın 22-si gecə saat 02:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində növbəti dəfə təxribat törətməyə cəhd edib. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.  Qarşı tərəf Kəlbəcər istiqamətində yerləşən bölmələrimizi iriçaplı silahlardan, qumbaraatan və minaatanlardan atəşə tutub. Ermənistan silahlı qüvvələrinin diversiya qrupu qeyd olunan ərazilərdə dərə boşluqlarını minalamaqla bölmələrimizə basqın […]

Dünya

Ərdoğan: “Türkiyə ABŞ-dan qazı daha sərfəli şərtlərlə almaq istəyir” – VİDEO

Ankara ABŞ-dan daha sərfəli şərtlərlə daha çox mayeləşdirilmiş təbii qaz (LNG) almaq istəyir. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda TAİK-in (Türkiyə-ABŞ İş Şurası) iclasında çıxışı zamanı bildirib. “Biz qarşıdakı dövrdə ABŞ-dan daha sərfəli şərtlərlə alacağımız qazın həcmini artırmaq istəyirik. Əlimizdə olan qabaqcıl infrastruktur sayəsində biz ABŞ LNG-nin (mayeləşdirilmiş təbii qaz) region ölkələrinə çatdırılmasında […]

Cəmiyyət

Əvəz Zeynallının cinayət işi ilə bağlı yeni məlumatlar: Bir nəfər axtarışa verildi – RƏSMİ

“Xural Yayınları” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Zeynalov Əvəz Tapdıq oğlu, “Səda TV” MMC-nin direktor müavini olmaqla faktiki olaraq eyni adlı internet kanalının rəhbəri Şükürov Elnur Zakir oğlu və Sadıqov Elçin Əli oğlunun qanunsuz əməlləri ilə bağlı cinayət işinin istintaqı davam etdirilir. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, aparılmış istintaqla bir sıra media subyektlərinin […]

Cəmiyyət

50 min manatdan yuxarı qanunsuz pul köçürənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar

Azərbaycandan xarici ölkələrə və ya xarici ölkələrdən Azərbaycana qanunsuz pul köçürülməsi fəaliyyətinə qarşı mübarizə gücləndirilir. APA xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Cinayət Məcəlləsinə təklif olunan […]

Dünya

Yaponiya Rusiya təşkilatlarına qarşı ixrac sanksiyalarını genişləndirməyi planlaşdırır

Yaponiya Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı ixrac sanksiyalarını genişləndirmək niyyətindədir. Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi bu barədə Nyu-Yorkda “Böyük yeddilik”dəki (G7) həmkarları ilə görüşü zamanı bildirib. “Ukraynadakı vəziyyətə gəlincə, görüş zamanı həmkarlarıma Yaponiyanın indiyədək gördüyü tədbirləri izah etdim. Mən həmçinin dedim ki, biz ordu ilə bağlı Rusiya təşkilatlarına qarşı sanksiya siyahılarını genişləndirəcəyik, həmçinin […]

Kriminal

Nərminin meyitinin yandırılması ilə bağlı keçirilən ekspertiza rəyləri açıqlandı – MƏHKƏMƏ

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bizim.Media xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə cinayət işində olan sənədlərin tədqiqi davam etdirilib. Cinayət işi üzrə zərərçəkmiş şəxsin meyitinin müayinə edilməsi, meyitlə bağlı keçirilən […]

Dünya

İranda əxlaq polisi etiraz edən qadının başını yardı – VİDEO

İranda əxlaq polisinin Məhsa Əmini adlı gənc qadını (ikinci adı Jina) öldürməsinə görə etirazlar səngimir. Sosial şəbəkələrdə əxlaq polisinin zorakılığına məruz qalan daha bir qadının görüntüləri yayılıb. Xəsarət alan qadının başı, əlləri qan içindədir. Azərbaycan dilində danışan qadın deyir ki, onu bu hala polislər salıblar və etdiklərini boyunlarına almırlar. Xeberal.az

Dünya

UEFA Superkubokunu əvəz edəcək yeni turnir yaradıla bilər

Avropa Futbol Assosiasiyaları İttifaqı yeni Superkubok təşkil etmək imkanını nəzərdən keçirir. Bu kubok çərçivəsində Amerika komandaları Çempionlar Liqasının qalibləri ilə mübarizəyə dəvət edilə bilərlər. Çempionlar Liqası, Avropa Liqası, Avropa Konfrans Liqası, eləcə də ABŞ-ın yüksək futbol liqası olan MLS-in qaliblərinin yeni turnirin iştirakçıları ola biləcəyi ehtimal edilir. İlk dəfə olaraq UEFA Superkubokunu əvəz etmək üçün […]

Siyasət

Nazir: “Türkiyə və Azərbaycan iki önəmli güc mərkəzidir”

“Türkiyə və Azərbaycan dövlətləri iki önəmli güc mərkəzidir. Hər sahədə olduğu kimi, tibb sahəsində əlaqələr yüksələn xətlə davam edir. Bu sahədə görüləcək işlərimiz hələ çoxdur”. “Report” xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca Azərbaycan-Türkiyə səhiyyə biznes forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Türkiyə şirkətlərinin Azərbaycandakı yatırımı 12 milyard dolları keçib: “Türkiyədəki Azərbaycan […]

Cəmiyyət

Azərbaycanda yeni medallar təsis edilir

Azərbaycanda yeni medallar təsis edilir. “Report”un xəbərinə görə, bununla bağlı qanunvericiliyə dəyişiklik layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilib. Toplantıda deputatlar “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” və “Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi […]