İdman

Qara Qarayevdən millinin oyunu ilə bağlı paylaşım – FOTO

 “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev millimizə uğurlar arzulayıb. Oxu.Az-ın məlumatına görə, o, bu barədə “Instagram” səhifəsində paylaşım edib. Qeyd edək ki, Azərbaycan millisi bu gün C Liqasının 1-ci qrupunda Slovakiyanın qonağıdır. Xatırladaq ki, Qara Qarayev baş məşqçi Canni De Byazi tərəfindən yığmaya çağırılmayıb. Xeberal.az

Dünya

Avstraliya sahillərində qorxunc mənzərə görənləri kədərləndirdi – FOTO/VİDEO

Avstraliyanın Tasmaniya adasında 200-ə yaxın balina sahilə çıxdıqdan sonra ölüb. Bu barədə xilasedicilər məlumat yayıb. Bildirilir ki, sahildə 230 balina tapılıb, onlardan yalnız 35-i sağ olub. Hazırda onların həyatlarının xilas edilməsinə çalışılır. Mütəxəssislər belə hallarda ölüm səviyyəsi yüksək olduğunu təəssüflə bildiriblər. Balinalar Makkuori limanının yaxınlığında sahilə çıxıb. Qeyd edək ki, iki il öncə analoji hadisə […]

Dünya

Lapid Fələstinlə münaqişənin həlli üçün “iki xalq, iki dövlət” formulunu dəstəkləyib

İsrailin baş naziri Yair Lapid Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasındakı çıxışı zamanı Fələstin dövlətinin sülhsevər olması şərti ilə münaqişənin həlli üçün “iki xalq, iki dövlət” formulunu dəstəkləyib. “İki xalq, iki dövlət” prinsipi əsasında fələstinlilərlə razılaşma İsrailin təhlükəsizliyi, ölkə iqtisadiyyatı və uşaqlarımızın gələcəyi üçün düzgün həll yoludur”, – Lapid bəyan edib. Eyni zamanda, onun fikrincə, […]

Dünya

Daha bir ölkə peyvəndsiz turistlər üçün qapısını açdı

Kanada koronavirusa qarşı peyvənd olunmayan turistlərin ölkəyə girişinə qoyulan qadağanı ləğv etməyə hazırlaşır. Bu barədə yerli “Globe and Mail” qəzeti hökumətdəki mənbələrə istinadən xəbər verib. Bildirilir ki, yeni qayda sentyabrın 30-dan qüvvəyə minəcək. Hələlik yeni yumşalmalar Nazirlər Kabineti tərəfindən təsdiq edilməyib. Xatırladaq ki, iyulun 6-dan etibarən Avstraliya hökuməti də COVID-19-a qarşı peyvənd olunmamış xarici turistlərin ölkəyə […]

İdman

Bundesliqa futbolçusunda bədxassəli şiş aşkarlandı

Almaniya 1-ci Futbol Liqasının (Bundesliqa) komandalarından olan “Herta Berlin”in futbolçusu Jan-Pol Boetiusda testikulyar bədxassəli şiş aşkarlanıb. Bu barədə klubdan açıqlama verilib. Açıqlamada qeyd edilib ki, 28 yaşlı niderlandlı futbolçuda uroloji müayinələr aparılıb və nəticədə  testikulyar bədxassəli şiş aşkarlanıb. Jan-Pol Boetius “Herta Berlin”in heyətinə yay transfer dönəmində qatılıb. Cinah oyunçusunun əməliyyat olunacağı və bir müddət meydandan […]

Dünya

Amerikalı özünü Qana şahzadəsi kimi təqdim etdi: Küllü miqdarda pul qazandı

ABŞ-ın Ohayo ştatının sakini Qana şahzadəsi olduğunu iddia edərək insanları aldadıb. Deril Robert Harrison adlı şəxs bu yolla 14 investorun hərəsindən 800 min dollar əldə edib. Yerli polisin məlumatına görə, 44 yaşlı Deril özünü şahzadə kimi təqdim edərək Afrika mədən və nəqliyyat şirkətləri üçün investorlar axtardığını bildirib. Amerikalı bu şirkətlərlə birbaşa əlaqələri olduğunu iddia edib […]

Siyasət

Aİ Azərbaycanı Avropa Siyasi Birliyi liderlərinin toplantısına dəvət edib

Avropa İttifaqı (Aİ) liderlər zirvəsi öncəsi keçiriləcək Avropa Siyasi Birliyi liderlərinin toplantısında iştirak üçün Azərbaycana dəvət göndərib. “Report”un əldə etdiyi xəbərə görə, Avropa Siyasi Birliyinin liderlərinin ilk görüşü oktyabrın 6-7-də Çexiyanın paytaxtı Praqada, Aİ liderlərinin sammitindən bir qədər əvvəl keçiriləcək. İclasa Aİ-nin 27 üzvü ilə yanaşı, 17 ölkə dəvət olunub. Dəvət məktublarını Avropa İttifaqı Şurasının […]

Cəmiyyət

Azərbaycanda pensiyalar necə hesablanacaq?

Azərbaycanda pensiya artımlarında vahid indeksasiya metodu tətbiq ediləcək. Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2022-ci ilin payız sessiyasında ilk iclasında müzakirəyə çıxarılıb. “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə təqdim edərkən Əli Hüseynli dəyişikliyin “Əmək pensiyaları haqqında” Qanuna təklif edilən dəyişikliklərdən irəli […]

İdman

“Barselona” Pikeyə əvəzləyici tapıb

“Barselona” “Atletik Bilbao”nun futbolçusu İniqo Martinesi transfer etmək niyyətindədir. 31 yaşlı oyunçu Jerar Pikenin komandadan ayrılacağı təqdirdə klubun transfer siyahısında prioritet futbolçudur. Qeyd edək ki, İniqo Martines 2018-ci ildən “Atletik Bilbao”da çıxış edir. Onun klubla müqaviləsi 2023-cü ildə bitir. Mənbə: “Mundo Deportivo” Xeberal.az

Dünya

Ukrayna İsraildən İranla bağlı kəşfiyyat məlumatlarını istəyib

Ukrayna kəşfiyyat məlumatlarının mübadiləsi və mövqelərin əlaqələndirilməsi üçün İsraillə dialoq kanalı yaratmaq istəyir. Bu məqsədllə ölkənin hərbi rəhbərliyi İsraildən İranın müharibədə Rusiya ordusuna verdiyi hər hansı dəstək haqqında kəşfiyyat məlumatlarını paylaşmasını xahiş edib. Məlumata görə, məsələ hələ bu ayın əvvəllərində Kiyevdə İsrailin Avropa və Asiya məsələləri üzrə nümayəndəsi Simona Halperin və İsrail səfiri Ukraynanın Yaxın […]