Dünya

“Whatsapp”da yenilik: Xüsusi avatarlar tətbiq olunacaq

“WhatsApp”ın gələcək versiyasında öz avatarlarınızı stiker kimi göndərmək imkanınız olacaq. Məlumata görə, messencerin istifadəçiləri fərdiləşdirilmiş avatarlar yarada və onları şəxsi yazışmalarda, yaxud da qrup çatlarında stiker kimi göndərə biləcəklər. Oxşar imkan artıq bir sıra digər sosial şəbəkələrdə təqdim olunur. Bildirilir ki, yaxın gələcəkdə avatarlar videozənglər zamanı profil şəkli və AR maskası kimi də istifadə oluna […]

İdman

Millətlər Liqası: Şotlandiya Ukraynadan üstün oldu – VİDEO

UEFA Millətlər Liqasının C Divizionunda Şotlandiya və Ukrayna milli komandaları arasında I qrupun ilk turundan təxirə salınmış oyun keçirilib. Qlazqo şəhərindəki “Hempden Park” stadionunda oynanılan matçı italiyalı FIFA referisi Mauritsio Mariani idarə edib. Ukraynalı futbolçular meydançaya dövlət bayrağı ilə çıxıblar.  İlk hissədə qapılara top vurulmasa da, ikinci hissədə üç dəfə fərqlənən şotlandlar oyunda qələbəni təmin […]

Dünya

Səfərbərlikdən qaçan rusiyalılar Gürcüstanla sərhəddə tıxac yaradıblar – VİDEO

Rusiya Prezidenti Vladimir Putinin ölkədə qismən səfərbərlik elan etməsi əhali tərəfindən heç də birmənalı qarşılanmayıb. Vətəndaşların bir qismi mövcud vəziyyətə etiraz etsələr də, digər bir qismi çıxış yolunu ölkəni tərk etməkdə tapıb. Məhz bu səbəbdən də, dövlət başçısının məlum çıxışından sonra rusiyalıların ölkədən kütləvi qaçışı başlayıb. Qonşu ölkələrə üz tutan rusiyalılar Gürcüstanla sərhəddə tıxaca səbəb […]

Dünya

Stoltenberq: “NATO ölkələri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək”

NATO-ya üzv dövlətlər Rusiya Federasiyasında elan edilən qismən səfərbərlikdən sonra bu ölkəyə təzyiqləri artırmaq və Moskvaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədirlər. Bu barədə çərşənbə günü NATO-nun baş katibi Yens Stoltenberq “Reuters Next” onlayn forumunda bildirib. “NATO-dan verilən mesaj ondan ibarətdir ki, biz Ukraynanı dəstəkləməyə davam etməli, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməliyik və bütün […]

Müharibə

Üç erməni silahlısı Zəngilandakı postumuza hücum edib

Zəngilan istiqamətində kiçik sərhəd hadisəsi baş verib. “Caliber” teleqram kanalının məlumatına görə, üç erməni silahlısı göstərilən istiqamətdə postlarımızdan birinə hücum edib. Sərhədçilərimizin xəbərdarlıq atəşindən sonra onlar mövqeyimizi atəşə tutublar. Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələrinin cavab atəşi nəticəsində hücum edənlərdən biri yaralanıb. Erməni tərəfi hərbi kanallar vasitəsilə hadisəyə görə üzr istəyib, həmin şəxslərin sərxoş vəziyyətdə olduğunu və […]

İdman

Buskets Bekhemin sahibi olduğu kluba transfer olunur

“Barselona” klubunun kapitanı Serxio Buskets İngiltərə millisinin əfsanəvi futbolçusu Devid Bekhemin sahibi olduğu ABŞ-ın “İnter Mayami” klubu ilə danışıqlar aparır. Mənbə qeyd edir ki, 34 yaşlı futbolçunun Kataloniya klubu ilə olan müqaviləsi bu mövsüm başa çatır və dayaq yarımmüdafiəçisi karyerasını başqa klubda davam etdirmək niyyətindədir. Məlumat üçün əlavə edək ki, Buskets “Barselona” futbol akademiyasının yetirməsidir […]

Dünya

Litva Rusiyada səfərbərlik səbəbindən tədbirlər görür

Litva Müdafiə Nazirliyi Çevik Reaksiya Qüvvələrinin hazırlıq səviyyəsini yüksəltmək barədə qərar qəbul edib. Bu addım Rusiya Federasiyası hökumətinin qismən səfərbərlik elan etməsinə cavab olaraq atılıb. Bu barədə Litvanın müdafiə naziri Arvidas Anuşauskas məlumat verib. “Rusiyanın hərbi səfərbərliyi Kalininqrad vilayətində, yəni bizim qonşuluqda da aparılacaq. Bu səbəbdən də Litva buna biganə qala bilməz. Fövqəladə hallara çevik […]

Cəmiyyət

Şəmkirdə 51 yaşlı kişini cərəyan vurub

Şəmkirdə bədbəxt hadisə baş verib. APA-nın məlumatına görə, Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Abdulla Əsədov müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə 51 yaşlı kişini işlədiyi yol tikintisi şirkətlərinin birində elektrik cərəyanı vurub. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

Keçmiş məhkumdan külli miqdarda heroin aşkarlandı

Keçmiş məhkumdan külli miqdarda heroin aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Qızılavar kənd sakini, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkum olunmuş Qasım Şərifov saxlanılıb. Keçirilən baxış zamanı onun üzərindən və yaşadığı ünvandan hazır bükümlərdə qablaşdırılmış […]

Dünya

Türkiyə Ukrayna ərazisində birtərəfli “referendum” cəhdlərini pisləyib

Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində keçiriləcək referendumlar Ukraynadakı vəziyyətin diplomatik yolla nizamlanması üçün səylərə mane olacaq. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin çərşənbə günü yaydığı bəyanatda deyilir. “Ukraynanın Rusiyanın nəzarəti altında olan hissələrində birtərəfli referendumlar təşkil etmək cəhdlərindən narahatıq. Belə qeyri-qanuni fakt beynəlxalq ictimaiyyət tərəfindən tanınmayacaq. Əksinə, onlar diplomatik prosesi canlandırmaq səylərinə mane olacaq […]