Dünya

UEFA Superkubokunu əvəz edəcək yeni turnir yaradıla bilər

Sharing is caring!

Avropa Futbol Assosiasiyaları İttifaqı yeni Superkubok təşkil etmək imkanını nəzərdən keçirir. Bu kubok çərçivəsində Amerika komandaları Çempionlar Liqasının qalibləri ilə mübarizəyə dəvət edilə bilərlər.

Çempionlar Liqası, Avropa Liqası, Avropa Konfrans Liqası, eləcə də ABŞ-ın yüksək futbol liqası olan MLS-in qaliblərinin yeni turnirin iştirakçıları ola biləcəyi ehtimal edilir.

İlk dəfə olaraq UEFA Superkubokunu əvəz etmək üçün nəzərdə tutulan turnirin 2024-cü ildə keçirilməsi gözlənilir.

Sentyabrın 22-23-də İstanbulda keçiriləcək Avropa Klublar Assosiasiyasının Baş Assambleyasında yeni turnirin təşkili ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.

Mənbə: “Arqumentı i faktı”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir