Dünya

Yaponiya Rusiya təşkilatlarına qarşı ixrac sanksiyalarını genişləndirməyi planlaşdırır

Sharing is caring!

Yaponiya Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı ixrac sanksiyalarını genişləndirmək niyyətindədir.

Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi bu barədə Nyu-Yorkda “Böyük yeddilik”dəki (G7) həmkarları ilə görüşü zamanı bildirib.

“Ukraynadakı vəziyyətə gəlincə, görüş zamanı həmkarlarıma Yaponiyanın indiyədək gördüyü tədbirləri izah etdim. Mən həmçinin dedim ki, biz ordu ilə bağlı Rusiya təşkilatlarına qarşı sanksiya siyahılarını genişləndirəcəyik, həmçinin kimyəvi silahlarla bağlı Rusiyaya məhsulların tədarükünü qadağan edəcəyik”, – o, brifinqdə qeyd edib.

Yaponiya hökuməti bundan əvvəl Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiya Federasiyasına qarşı bir sıra məhdudlaşdırıcı tədbirlər kompleksini təsdiqləyib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir