Cəmiyyət

Rusiya helikopteri Türkiyədə qəzaya uğradı – Xüsusi buraxılış

Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. Prezident İlham Əliyev Laçına səfər edib. Şəhərin mərkəzində Azərbaycan Bayrağını ucaldıb. Rusiya helikopteri Türkiyədə qəzaya uğradı. Ölən və yaralılar var. Yevlaxda polis zabiti məktəblini döyüb? Daxili İşlər Nazirliyi məsələ ilə bağlı hərəkətə keçdi. Universitet yeməkxanası ilə bağlı anormal qərar. Birmənalı qarşılanmayan bu addıma tələbələrin reaksiyası Baku NEws-da. Daha ətraflı […]

Siyasət

Ceyhun Bayramov İƏT-in Cammu və Kəşmir üzrə Təmas Qrupunun nazirlər görüşündə iştirak edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Cammu və Kəşmir üzrə Təmas Qrupunun nazirlər görüşündə iştirak edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazir Ceyhun Bayramov tədbirdə çıxış edərək Azərbaycanın Cammu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə, […]

Dünya

İranda “Instagram” bloklandı

İranda “Instagram”a giriş məhdudlaşdırılıb. Sosial media istifadəçilərinin yaydığı məlumatlara görə, hazırda İran “IP”-lərindən “Instagram”a daxil olmaq mümkün deyil. Məsələ ilə bağlı hələ ki, rəsmi açıqlama verilməyib. Mənbə: Azad İran Xeberal.az

Siyasət

Azərbaycan Simulyasiya Akademiyası uğurla başa çatdı – FOTO

Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı, beynəlxalq münasibətlərə, diplomatiyaya maraqlı 25 müxtəlif təhsil müəssisəsindən olan xarici və yerli tələbələrin iştirakı ilə Azərbaycan Simulyasiya Akademiyası keçirilib. Fonddan verilən məlumata görə, 5 gün ərzində ölkəmizin dilbər guşələrindən olan Qax şəhərində təşkil olunan gələcək diplomatların yay düşərgəsinin rəsmi […]

İdman

Millinin baş məşqçisindən Qara Qarayevin yığmaya çağırılmamasına MÜNASİBƏT

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi “Qarabağ” klubunda çıxış edən Qara Qarayevin yığmaya çağırılmamasına münasibət bildirib. “Report” xəbər verir ki, 66 yaşlı mütəxəssis bu barədə Slovakiyaya qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur oyunundan əvvəl mətbuat konfransında açıqlama verib. İtaliyalı baş məşqçi 30 yaşlı yarımmüdafiəçinin məsələdən xəbərdar olduğunu söyləyib: “Qara Qarayev buraya gəlməməsinin səbəbini […]

Dünya

Gənc qadının hicaba görə öldürülməsi: İranda etirazlar güclənir – FOTO

İranda əxlaq polisinin Məhsa Əmini adlı gənc qadını (ikinci adı Jina) öldürməsinə etirazlar səngimir və hazırda ölkənin azı 24 ostan və 36 şəhərində nümayişlər keçirilir. “Report” xəbər verir ki, aksiyalarda qadınlar xüsusi fəallıq göstərirlər. Onlar İslam Respublikasının siyasətinə və məcburi hicabın tətbiqinə etiraz əlaməti olaraq hicablarını çıxarırlar. İranın Kürdüstan ostanından yaxınlarını ziyarət etmək üçün paytaxt […]

Cəmiyyət

Umayra Tağıyeva: “Sentyabrın 24-dən başlayaraq hava dəyişəcək”

“Genetik səviyyədə müxtəlif iqlim qurşaqlarında yaşayan əhalinin havanın istər isti, istərsə də soyuq olmasından asılı olmayaraq yerli iqlim şəraitinə uyğunlaşma qabiliyyəti var. Lakin hava göstəriciləri qəbul edilmiş iqlim normasından, başqa sözlə desək, müəyyən bir ərazi və ilin müəyyən bir fəsli üçün səciyyəvi olan hava şəraitinin orta göstəricilərindən əhəmiyyətli dərəcədə fərqləndikdə insan orqanizmi müəyyən reaksiya verir”. Bu […]

Dünya

Mark Zukerberq üçüncü dəfə ata olacaq – FOTO

Mark Zukerberq üçüncü dəfə ata olacaq. İş adamı həyat yoldaşı Prissilla Çanın hamilə olduğunu sosial şəbəkədə açıqlayıb Sahibkar bu barədə özünün Facebook profilində məlumat verib. “Gələn il Maks və Avqustun kiçik bacısı olacağını elan etməkdən məmnunuq”, – Zukerberq yazıb. Qeyd edək ki, Mark Zukerberq və Prissilla Çan 10 illik münasibətdən sonra 2012-ci ildə evləniblər. Cütlüyün […]

İqtisadiyyat

SOCAR-ın prezidenti İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Dik ilə görüşüb – FOTO

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Dik ilə görüşüb. SOCAR-dan verilən məlumata görə, görüşdə Azərbaycan-İsrail iqtisadi əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib və iki ölkə arasında neft-qaz sektorunda səmərəli əməkdaşlığın əhəmiyyəti qeyd olunub. Görüş zamanı xam neft və neft məhsullarının ticarəti, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər […]