İqtisadiyyat

FED: Dollar üzrə faiz dərəcələri artırıldı

ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) Açıq Bazar Əməliyyatları Komitəsinin (FOMC) iki günlük iclası yekunlaşıb. İclasın sonuncu günündə uçot dərəcəsinə dair yeni qərar açıqlanıb. Məlumata görə, FED ardıcıl olaraq üçüncü dəfə uçot dərəcəsinin 0,75 faiz bəndi həddində artırılması haqqında qərar verib. Bununla da uçot dərəcəsi 3-3,25 faizə çatıb. Xatırladaq ki, FED martda 2018-ci ildən bəri ilk […]

Müharibə

MN: Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması məlumatları əsassızdır

Bəzi sosial şəbəkə hesablarında guya Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması barədə əsassız məlumatlar paylaşılır. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, bu məlumatları qəti surətdə təkzib edirik. Vətəndaşlarımızı bu cür yalan məlumatlara aldanmamağa və rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq. Xeberal.az

Siyasət

Ceyhun Bayramov Qoşulmama Hərəkatının nazirlər görüşündə Ermənistanın son təxribatlarından DANIŞDI – FOTO

ABŞ-ın Nyu York şəhərində BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Qoşulmama Hərəkatının nazirlər görüşü keçirilib. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, xarici işlər naziri Ceyhun Bayramovun sədrliyi ilə keçirilmiş iclasda Qoşulmama Hərəkatına üzv dövlətlərin 50-yə yaxın xarici işlər nazirləri, habelə nazir müavinləri və BMT yanında daimi nümayəndələri […]

Siyasət

Mehriban Əliyeva Laçın şəhəri ilə bağlı paylaşım edib – VİDEO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Laçın şəhəri ilə bağlı paylaşım edib. Oxu.Az xəbər verir ki, “Ay Laçın, Can Laçın” sözləri qeyd olunan paylaşımda Prezident İlham Əliyevin şəhərlə tanışlığı görüntülənib. Həmin paylaşımı təqdim edirik:         View this post on Instagram                       A post shared […]

Kriminal

Şəmkirin mərkəzi küçəsində 47 yaşlı kişi bıçaqlandı

Şəmkir şəhərində bıçaqlanma hadisəsi olub. “Report”un məlumatına görə, rayon sakini, 1975-ci il təvəllüdlü C.Məmmədov mərkəzi küçələrin birində mübahisə zəminində bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Dünya

Funt sterlinq rekord həddə ucuzlaşdı – FOTO

Funt sterliqin məzənnəsi rekord həddə ucuzlaşıb. Beynəlxalq maliiyə birjalarında Britaniya valyutasının ABŞ dolları qarşısındakı nisbəti son 37 ilin ən aşağı həddinə çatıb. Axşam saatlarında cütlük 1.1310 civarında ticarət olunub. Qeyd edək ki, sonuncu dəfə funtin dollar qarşısında bu qədər ucuzlaşması 1985-ci ildə qeydə alınıb. Xeberal.az

Dünya

Rusiyada səfərbərliyə qarşı etiraz aksiyaları keçirilir – VİDEO

Rusiyanın müxtəlif şəhərlərində səfərbərliyə qarşı etiraz aksiyaları keçirilir. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, belə tədbirlər paytaxt Moskva ilə yanaşı, Sankt-Peterburq, Yekaterinburq, Tver kimi şəhərlərdə təşkil olunub. Etirazçılar “Müharibəyə Yox!” şüarı səsləndirirlər. Bildirilir ki, təhlükəsizlik qüvvələri mitinqlərdəki fəalları həbs edir, həmçinin aksiyaları dağıtmaq məqsədilə onların iştirakçılarına qarşı zorakı üsullar tətbiq edirlər.  Son məlumatlara görə, hazırda saxlanılanların […]

Siyasət

Vəkillər Kollegiyasının nümayəndə heyəti Mahaçqalada tədbirlərdə iştirak edib – FOTO

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) nümayəndə heyəti, ARVK Rəyasət Heyətinin sədri Anar Bağırov və üzvü Muxtar Mustafayev, 16-18 sentyabr tarixlərində Rusiya Federasiyası Dağıstan Respublikasının Mahaçqala şəhərində Dağıstan vəkilliyinin 100 illiyinə və Dağıstan Respublikası Vəkillər Palatasının 20 illiyinə həsr olunmuş təntənəli tədbirlərdə iştirak ediblər. Bu barədə Vəkillər Kollegiyası məlumat yayıb. Bildirilib ki, tədbirin rəsmi mərasimi Dağıstan Respublikasının dövlət […]

Siyasət

Kiyevdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun müşavirəsi keçirildi – FOTO

Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) müşavirəsi keçirilib. Oxu.Az xəbər verir ki, təşkilatın mərkəzi ofisində keçirilən tədbirdə idarə heyətinin üzvləri ilə fəallarla yanaşı UABD rəhbəri Hikmət Cavadın dəvət etdiyi Ukrayna millət vəkilləri Valeri Kolyux, Ludmila Marçenko, Oleksandr Qorobets də iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları Azərbaycan torpaqları uğrunda canından keçən şəhidlərin, habelə Ukrayna Silahlı Qüvvələrində […]