İdman

“Shusha Chess 2022”: Məmmədyarov qələbə qazandı

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF) və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə Şuşada keçirilən beynəlxalq şahmat turnirində birinci tura yekun vurulub. “Report”un məlumatına görə, ilk oyun günündə Azərbaycan təmsilçilərindən kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov və Vasif Durarbəyli qələbə qazanıb, Teymur Rəcəbov ilə Rauf Məmmədov heç-heçə edib. Qədir Hüseynov isə məğlub olub. Qadınların […]

Cəmiyyət

“Qarşıma çıxan əsgərlərin alnından öpdüm” – Yaralı halda yenidən döyüş meydanına qayıdan qazi – FOTO

“Düşmən 12 sentyabrda genişmiqyaslı təxribat törətməyə cəhd etdi. Bütün dünya bunun şahidi oldu. İgid oğullarımız onların başını əzib, layiqli cavablarını verdilər”. Bu sözləri Oxu.Az-a açıqlamasında Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmət etmiş Vətən müharibəsi qazisi Rəfail Nuriyev deyib. Onun sözlərinə görə, son təxribatlar zamanı o, döyüşlərin getdiyi bölgəyə yollanıb: “Bu yaxınlarda cəbhə bölgəsində oldum. Qarşıma çıxan əsgərlərin alnından öpürdüm. […]

Siyasət

Şuşa və Ərzurum arasında qardaşlaşmış şəhərlər haqqında protokol imzalandı – FOTO

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və Ərzurum Böyükşəhər Bələdiyyəsi arasında iki dost və qardaş ölkə kimi strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu nəzərə alaraq qardaşlaşmış şəhərlər haqqında protokol imzalanıb. Bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən bildirilib. Protokol qardaşlaşmış şəhərlər arasında mədəni, sosial və iqtisadi münasibətləri, həmçinin dostluq və qardaşlıq əlaqələrini təşviq etmək və birgə fəaliyyət sahələrini […]

Dünya

Bayden Ukraynada keçirilməsi planlaşdırılan “referendum”a münasibət bildirib

“Kreml Ukrayna torpaqlarını ilhaq etmək üçün saxta referendum təşkil edir”. Bunu BMT Baş Asssambleyasının 77-ci sessiyasında çıxış edən ABŞ Prezidenti Cozef Bayden deyib. “Biz xəbərdarlıq etmişdik və müharibənin qarşısını almağa çalışmışdıq. Rusiyanın müharibə cinayətləri ilə bağlı çoxlu sübutlar ortaya çıxır. Bu, Ukraynanın bir dövlət kimi mövcudluğuna qarşı savaşdır”, – deyə o, bildirib. C.Bayden vurğulayıb ki, […]

Dünya

Türkiyədə Rusiya helikopteri qəzaya uğrayıb: Ölən və yaralananlar var – FOTO

Türkiyənin cənubunda yanğınsöndürən helikopter qəzaya uğrayıb. Hadisə Dənizli bölgəsində baş verib. Məlumata görə, Rusiyanın “Vladivostok Avia” şirkətinə məxsus helikopter qəza zamanı iş başında olub və yanğının söndürülməsi işlərini həyata keçirib. Qəza nəticəsində iki nəfərin öldüyü, daha beş nəfərin yaralandığı bildirilib.  Helikopterdə ikisi Rusiya vətəndaşı olmaqla, cəmi yeddi nəfər olub. Mənbə: TASS Xeberal.az

Cəmiyyət

“Nar” və “Bakcell”dən operatorlarının şəbəkələrində yaranan problemlə bağlı AÇIQLAMA

Azərbaycanda “Nar” və “Bakcell” operatorlarının şəbəkələrində problem yaranıb. “Bakcell”dən Oxu.Az-a verilən məlumata görə, texniki nasazlıqla əlaqədar xidmətlərin göstərilməsində məhdudiyyətlər yaranıb. “Texniki heyət çətinliyin tez bir zamanda aradan qaldırılması üçün işlər görür. Yaranan çətinliyə görə dəyərli abunəçilərimizdən üzr istəyir və tez bir zamanda xidmətıərimizin bərpa olunacağını bildiririk. Abunəçilərimizə əlavə məlumat veriləcək”, – deyə qurumdan bildirilib. “Nar”da mövzu ilə bağlı […]

İdman

Millimizin baş məşqçisi: “Slovakiya ikinci evimdi”

Futbol üzrə Azərbaycan milli komandası sabah Millətlər Liqasının qrup mərhələsi çərçivəsində son səfər sınağına çıxacaq. Canni de Byazinin rəhbərlik etdiyi kollektiv Trnavada Slovakiyanın qonağı olacaq.  Slovakiya klublarında oynamış çox az azərbaycanlı  futbolçu var. Onlardan biri Elxan Abdullayevdir. Hazırda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi olan 52 yaşlı mütəxəssis ötən əsrin 90-cı illərində “Pyeştyani” və “Trençin” […]

Siyasət

Prezident: “Laçınlıların birinci qrupu Laçın şəhərinə gələn ilin sonuna qədər qayıda bilərlər”

“Ümid edirəm ki, laçınlıların birinci qrupu Laçın şəhərinə gələn ilin sonuna qədər qayıda bilərlər”. AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması mərasimindəki çıxışında bildirib. “”Bu gün Murov dağından buraya gələrkən, bu gözəl dağlara baxarkən bir daha görürəm ki, bizim Vətənimiz nə qədər gözəldir. Murov dağından, bax, Laçın şəhərinə […]

Cəmiyyət

“Ailədən cəmiyyətə yayılan təhlükə” adli İmişli rayonunda tədbir keşirildi

“Mərhəmət” Kimsəsizlərə Yardım İctimai birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 21.09.2022-ci iltarixində İmişli rayonunda “Ailədən cəmiyyətə yayılan təhlükə” adli tədbir keçirildi. Tədbiri ilk olaraq layihə rəhbəri İradə Nəsirova Nəsirova açaqaq bildirdi ki, Mərhəmət Kimsəsizlərə Yardım ictimai birliyi küşədə yaşayan uşaqlar üçün mərkəzi yaradaıb. Bu şür uşaqların küçələrə düşmə səbəbini araşdırıb. Toplanmış […]

Siyasət

İlham Əliyev: “Ermənistan sülh istəmir, yenə də revanşist fikirlərlə yaşayır”

“Yenə də görürük ki, Ermənistan sülh istəmir, yenə də revanşist fikirlərlə yaşayır”. AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması mərasimindəki çıxışında bildirib. Dövlət başçısı bildirib ki, aprel döyüşlərindən sonra Ermənistan qorxuya düşmüşdü və faktiki olaraq işğal edilmiş torpaqlardan qoşunları çıxarmağa hazır idi, hətta buna söz vermişdi: “Ancaq ondan […]