Cəmiyyət

Lənkərana qonaq gedən şəxs, dəniz kənarında qəfildən ölüb

Lənkərana qonaq gedən şəxs, dəniz kənarında vəfat edib. APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Bakı şəhərindən Lənkərana qonaq gedən 1972-ci il təvəllüdlü Hicran Cəfər oğlu Hüseynov, Lənkəranda dəniz kənarındakı istirahət məkanlarında birinə istirahətə yollanıb. Hələlik bilinməyən səbəblərdən Hicran Hüseynov orda dünyasını dəyişib. Meyit müayinə olunması üçün morqa aparılıb. Hazırda faktla bağlı araşdırma aparılır. Ölümün səbəbi dəqiqləşdirilir. Əlavə […]

İdman

“Yuventus” autsayderə uduzdu – VİDEO

“Yuventus” A Seriyasının 7-ci turunda səfərdə “Monza”ya uduzub. Oyun ev sahiblərinin minimal üstünlüyü ilə başa çatıb – 1:0. Matçın 40-cı dəqiqədə turinlilər azlıqda qalıblar. Belə ki, Anxel Di Maria rəqibin qarnına dirsəklə vurduğuna görə meydandan qovulub. Yeganə qolu isə 74-cü dəqiqədə meydan sahiblərinin danimarkalı hücumçusu Kristian Qutkyaer vurub. Bununla da “Monza” çempionatda ilk qələbəsini qazanmış […]

Siyasət

Nensi Pelosinin timsah göz yaşları – VİDEO

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Azərbaycanla Ermənistan arasında gərginliyin olduğu bir vaxtda İrəvana səfər etməsi diqqət çəkib. Çünki, Pelosi daha öncə Çin və Tayvan arasındakı gərginliyin pik vaxtında Tayvana səfər etmişdi. Üstəlik separatçılığı dəstəkləyən Pelosinin İrəvanda demokratiyadan və insan hüquqlarında söz açması əlavə sual yaradır. Türkiyəli siyasi jurnalist Güngör Yavuzaslan mövzu ilə bağlı qeyd edib ki, Nensi […]

Cəmiyyət

İctimai nəqliyyatın xilas yolu: Qiymət artsa, keyfiyyət yüksələcək? – ARAŞDIRMA + FOTO

Sentyabr ayı gəldi, dərslər başladı, Bakı böyük tıxacla üzləşdi. Hər il sentyabr ayında eyni problem yaşanır. Ancaq bu il problem daha böyük oldu. Əslində, öncədən də ekspertlər bunu proqrozlaşdırırdılar. Bildirirdilər ki, dərslər başladıqdan sonra Bakının küçələrində indiyə qədər rast gəlmədiyimiz tıxacları görəcəyik. Tıxacın bu səviyyədə olmasının səbəblərinə baxsaq, hazırda ictimai nəqliyyatın problemli olması ilk yerdə […]

Siyasət

Ermənilərin Azərbaycanın diplomatik nümayəndəliklərinə hücumları ilə bağlı RƏSMİ AÇIQLAMA

Son günlər Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin binalarına qarşı bu ölkədəki erməni icmaları tərəfindən hücumlar törədilməsi ciddi narahatlıq doğurur. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, özündə vandalizm və terror elementlərini ehtiva etməklə bu hücumlar diplomatlara, onların mülklərinə xəsarət yetirmək məqsədini güdür, beləliklə də cinayət məsuliyyəti doğuran əməllər kimi səciyyələndirilir. “Radikal erməni qruplarının cinayətkar hərəkətlərini qətiyyətlə […]

Dünya

Ermənistan prezidenti II Elizabetin dəfn mərasimində qaydaları pozdu – FOTO

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Londondakı Vestminster sarayında Böyük Britaniya kraliçası II Elizabetin cəsədi olan tabutun önündə şəkil çəkdirib və bununla da monarxla ictimai vidalaşmanın müəyyən edilmiş qaydalarını pozub. Məlumata görə, bazar günü eyniadlı sarayın Vestminster zalına gələn Xaçaturyan köməkçilərindən biri vasitəsilə telefonla şəkil çəkdirib. Qeyd edək ki, sözügedən hadisə kraliça ilə vidalaşma zamanı foto çəkilişinə […]

Siyasət

Ermənilərin Tbilisidə Azərbaycan əleyhinə aksiya planı fiaskoya uğradı – FOTO

Sentyabrın 18-də Gürcüstanın erməni icmasının üzvlərinin Tbilisidə Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısında təyin etdikləri yürüş-aksiya baş tutmayıb. Oxu.Az xəbər verir ki, “Avlabar” metrostansiyası yaxınlığından diplomatik nümayəndəliyimizin binasına doğru başlayan yürüş yarımçıq dayandırılıb.  Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları “Avropa” meydanına yaxınlaşan 20-yə yaxın yürüş iştirakçısından yolun hərəkət hissəsini bağlamamağı xahiş edib. Polis tərəfindən onlara hər hansı bir mümkün […]

Dünya

Bayden fövqəladə vəziyyət elan etdi

ABŞ prezidenti Co Bayden bazar günü tropik “Fiona” qasırğası ilə əlaqədar Puerto Rikoda fövqəladə vəziyyət elan edən sərəncam imzalayıb və ABŞ-la assosiasiya olunmuş bu dövlətə yardım göstərilməsini əmr edib. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, “Fiona” tropik qasırğası sentyabrın 15-də ABŞ Milli Qasırğaya Nəzarət Mərkəzi tərəfindən Atlantik Okeanında qeydə alınıb. […]

Dünya

Ermənilər Azərbaycanın Fransadakı səfirliyinə basqın ediblər – VİDEO

Fransada erməni vandalları Azərbaycanın bu ölkədəki səfirliyinə basqın ediblər. Oxu.Az xəbər verir ki, Fransanın hüquq-mühafizə orqanları səfirliyin binasının mühafizəsini lazımınca təşkil etməyiblər. Bundan istifadə edən erməni vandalları əvvəlcə səfirliyin qarşısındakı dəmir maneələri aşırıblar, sonra isə binanın giriş qapısını sındırmağa, içəri daxil olmağa çalışıblar. Ermənilərin qanunsuzluğunu əks etdirən videogörüntülərdə yerli hüquq-mühafizə orqanları əməkdaşlarının erməni vandalizminin qarşısını […]

İdman

Azərbaycan komandası bədii gimnastika üzrə dünya çempionatında tarixi uğura imza atdı

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında bürünc medal qazanıb. “Report”un məlumatına görə, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət kollektiv fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Qeyd edək ki, bu, Azərbaycanın gimnastika tarixində qrup hərəkətləri komandasının dünya çempionatında qazandığı ilk nailiyyətdir. Xeberal.az