Cəmiyyət

Azərbaycanda DƏHŞƏT: Ana övladını vəhşicəsinə döyüb – FOTO

Azərbaycanda ana uşağına zorakılıq tətbiq edib. Oxu.Az xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, uşağın anası 13 yaşında qoşulub qaçıb bir oğlana, sonra gəlib 16 yaşında evlənib və 1 uşağı dünyaya gəlib. “Övladı olandan sonra uşağı nənəyə baxması üçün qoyub. Nənə uşağı böyüdüb boya […]

Cəmiyyət

Cəlilabadda 16 yaşlı qız qəfil vəfat etdi

Cəlilabad rayonunun Sabirabad kəndində şagird qəfl ölüb. “Report”un məlumatına görə, kənd sakini, 2006-ci il təvəllüdlü İ.Fətullayevanı yaxınları halsız vəziyyətdə aşkar ediblər. Daha sonra o, rayon xəstəxanasına aparılıb. Xəstəxanada onun artıq öldüyü məlum olub. Hazırda mərhumun ölüm səbəbi araşdırılır. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Siyasət

“Milonov və onun kimiləri əslində anti-Rusiya siyasəti aparır, dövlət maraqlarına qarşı çıxırlar” – RƏY + FOTO

“Vitaliy Milonov və onun kimiləri əslində anti-Azərbaycan yox, anti-Rusiya siyasəti aparır, dövlət maraqlarına qarşı çıxırlar”. Bunu “Report”a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. “Milonov kimiləri üçün ağa qara demək normaldır. Çünki onlar diaspora sayılıblar. Təəssüf ki, təbliğat uzun müddətdir davam edir. Rusiya ideoloqları Azərbaycanı Qərbin, Qərbin təbliğatçıları isə bizi Kremlin maraqlarına xidmət etməkdə ittiham edirlər. Onlar bundan […]

Cəmiyyət

Hacıqabulda avtomobil aşdı: Ana və iki uşaq yaralandı

Hacıqabulda qadın sürücü qəza törədib. APA xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Tovuz rayonunun Bayramlı kənd sakini, 1988-ci il təvəllüdlü Cəfərova Gülbəniz Təvəkkül qızı idarə etdiyi “Nissan Tiida” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü qadın və onun azyaşlı 2 uşağı xəsarət alaraq Şirvan xəstəxanasına çatdırılıb. […]

Siyasət

Politoloq: “Milonov Azərbaycanla Rusiya arasında münasibətlərə kölgə salmağa çalışır”

Rusiya Dövlət Dumasının deputatı Vitaliy Milonov Azərbaycanla Rusiya arasında münasibətlərə kölgə salmağa, bununla da erməniləri və ermənipərəst ünsürləri sevindirməyə çalışır. Bunu “Report”a açıqlamasında politoloq Tofiq Abbasov Rusiya Dövlət Dumasının deputatı Vitaliy Milonovun açıqlamalarını şərh edərkən deyib. O vurğulayıb ki, Azərbaycan-Rusiya münasibətləri yeni mərhələni yaşayır. “Böhran zamanı məqbul həll yollarının tapılması üçün siyasi və iqtisadi elitaların, beyin […]

Mədəniyyət

Məlumat lövhələri ilə bağlı problem: Ağacda olan, dahilərimizdə olmayan – REPORTAJ + FOTO

Şəhərin mərkəzində Bakı camaatından daha çox turistlərin olduğu gözdən qaçmır. Turistlərin bir çoxları dahilərimizin abidələri önündə dayanır, maraqla baxır, şəkil çəkdirirlər. Dahinin kimliyi ilə bağlı məlumat lövhəsi olmadığını görüb yoldan keçənləri sorğu-sual edirlər. Yoldan keçənlərin də hamısı ingilis dilini bilmir axı. Və beləcə, sual yarandı: axı niyə bu heykəllərin yanında balaca bir məlumat lövhəsi yoxdur? […]

Cəmiyyət

Azərbaycanda son sutkada 180 nəfər COVID-19-a yoluxub, iki nəfər vəfat edib – FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 180 yeni yoluxma faktı qeydə alınıb, 269 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 819 518 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 807 967 nəfər müalicə olunaraq sağalıb, 9 886 nəfər vəfat edib, aktiv […]

Cəmiyyət

Yaralı hərbçilərimiz döyüş təəssüratlarından DANIŞDILAR – VİDEO

12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanmış və müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xezerxeber.az xəbər verir ki, yaralanan 282 hərbi qulluqçudan 43 nəfəri ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıdıb, 115 nəfərin vəziyyəti kafi, 103 nəfər orta-ağır, 21 nəfərin vəziyyəti isə ağır […]

Siyasət

Beynəlxalq elmi-praktik konfransın iştirakçılarının Şuşaya səfəri başlayıb – FOTO

Sentyabrın 18-də “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb. APA xəbər verir ki, konfrans iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə yola düşüblər. Yolboyu qonaqlara Azərbaycanın zəngin mədəniyyəti, habelə ölkəmizdə mədəniyyət iqtisadiyyatının inkişaf perspektivləri barədə ətralı məlumat verilir, mədəniyyət sahəsində gəlirliliyin artırılması imkanları müzakirə edilir. Eyni zamanda, startaplar üzrə tanınmış mütəxəssis, […]

Siyasət

XİN: “Nensi Pelosi tərəfindən Azərbaycana qarşı irəli sürülən əsassız və ədalətsiz ittihamlar qəbuledilməzdir”

18 sentyabr 2022-ci il tarixində Ermənistana səfəri çərçivəsində ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi tərəfindən verilmiş və bölgədəki vəziyyəti təhrif edən açıqlaması ciddi təəssüf doğurur. N.Pelosi tərəfindən Azərbaycana qarşı irəli sürülən əsasız və ədalətsiz ittihamları qəbuledilməzdir. Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bu ilin 12 sentyabr tarixindən 13 sentyabra keçən gecə delimitasiya olunmamış şərti sərhəddə […]