Dünya

Türkiyədə ana oğlu tərəfindən girov götürüldü – FOTO/VİDEO

Türkiyənin İstanbul şəhərində ana oğlu tərəfindən girov götürülüb. Hadisə İstanbulun Şişli rayonunda baş verib. Oğlu anasını bıçaqla hədələyərək otağa qapadıb və çölə buraxmayıb. Onun psixoloji problemləri olduğu qeyd edilib. Hadisə yerinə polis qrupları cəlb edilib. Ətrafda geniş təhlükəsizlik tədbirləri görülüb. Küçədə piyada və avtomobillərin hərəkəti dayandırılıb. Təxminən iki saat davam edən cəhdlərdən sonra şübhəli şəxs […]

Dünya

Londonda yerləşən məşhur meydanda II Elizabetin abidəsi ucaldılacaq

Londonun mərkəzində kraliça II Elizabetin abidəsinin ucaldılması gözlənilir. Artıq bununla əlaqədar britaniyalı nazirlərlə kral ailəsinin nümayəndələri arasında danışıqlar başlayıb. II Elizabetin abidəsinin Londonun mərkəzində yerləşən məşhur Trafalqar meydanında ucaldılması nəzərdə tutulur. Həmçinin İngiltərədə küçələrə, parklara və digər obyektlərə II Elizabetin adının verilməsi gözlənilir. Mənbə: The Times Xeberal.az

İdman

“Beşiktaş” xal itirdi

Türkiyə Super Liqasında VII turun oyunları keçirilir. Oxu.Az xəbər verir ki,  “Beşiktaş” bu turda “İstanbulspor”un qonağı olub. 4 qolun vurulduğu matçda qalib müəyyənləşməyib Tura sabah yekun vurulacaq. Türkiyə Super Liqası VII tur 17 sentyabr Ümraniyespor – Kasımpaşa – 1:2 Qollar: A.Mrşiç, 90+9 – F.Haderqyonay, 36 (penalti), S.Bahoken, 83 Antalyaspor – Adana Demirspor – 0:3 Qollar: Y.Belhanda, 1, F.Qulbrandes, 75, […]

Dünya

ABŞ Şimali Koreyanı çəkindirmək üçün nüvə silahından istifadə edəcəyini açıqlayıb

ABŞ Cənubi Koreyaya vəd edib ki, Şimali Koreyaya qarşı “uzunmüddətli çəkindirmə” üçün nüvə potensialı da daxil olmaqla, bütün hərbi imkanlarından istifadə edəcək. Bu barədə iki ölkənin birgə bəyanatında qeyd edilir. Birləşmiş Ştatlar və Cənubi Koreya Şimali Koreyanı hədələyərək bildiriblər ki, onun tərəfindən nüvə hücumuna məruz qalınacağı təqdirdə “əzici və qəti” cavabla qarşılaşacaq və onun atom sınaqları […]

Dünya

İspaniyadan Ukraynaya iriçaplı döyüş sursatları göndərilib

İri çaplı artilleriya sistemləri və döyüş sursatlarını daşıyan təyyarə İspaniyadan Ukraynaya gəlib. Bu barədə Ukraynanın daxili işlər nazirinin müşaviri Anton Qeraşenko məlumat verib. “Bu, son günlər ərzində Madriddən Kiyevə silah daşıyan beşinci təyyarədir. Qərb bizə nə qədər çox silah göndərsə, Ukrayna Rusiyanın təcavüzünü bir o qədər tez dayandıracaq”, – deyə Anton Qeraşenko vurğulayıb. Bundan əlavə, […]

Dünya

Bill Qeyts: “Dünyada mən gözlədiyimdən daha pis vəziyyət hökm sürür”

“Microsoft”un qurucusu Bill Qeyts özünün yeni müsahibəsində dünyadakı son hadisələrlə bağlı fikirlərini açıqlayıb. Milyarderin qlobal vəziyyətin bu qədər pisləşəcəyini gözləmədiyini açıqlayıb. “Dünyada mən gözlədiyimdən də pis vəziyyət hökm sürür”, – deyə o vurğulayıb. Bill Qeyts pandemiyanın və Rusiya ilə Ukrayna arasındakı silahlı münaqişənin nəticələrinə işarə edərək, baş verənləri dramatik hadisələr adlandırıb. Bill Qeyts fikrinin davamında bildirib ki, əgər […]

Dünya

Tanınmış rusiyalı aparıcının əmlakı yandırılıb – FOTO/VİDEO

Tanınmış rusiyalı televiziya aparıcısı Dmitri Kisilyovun villasının yaxınlığında gecə saatlarında bir neçə avtomobilə od vurulub. Polis əməkdaşları naməlum şəxsin məhz Kisilyovun maşınlarını yandırmaq istəməsi versiyasına meyl edir. İnsident nəticəsində “Land Rover” və Kiselyovun “Cock t’est Belle” loqosu olan qolf arabası zərər çəkib. Yanğın törədən şəxs müşahidə kameralarına düşüb. Görüntülərdə kimliyini gizlətməyə çalışan tibbi maskalı bir […]

Dünya

CAR-da dəhşətli qəza: 19 məktəbli həlak oldu – VİDEO

CAR-ın cənub-şərqində məktəb mikroavtobusu ilə yük maşınının toqquşması nəticəsində azı 21 nəfər ölüb. Yol-nəqliyyat hadisəsi Kvazulu-Natal əyalətinin Ponqola şəhəri yaxınlığındakı magistral yolda baş verib. Yük maşınının sürücüsü ötmə əməliyyatı etmək istəyən zaman idarəetməni itirərək məktəb mikroavtobusuna çırpılıb. Ölənlərin 19-u 5-12 yaş arası uşaqlardır. Polisin məlumatına görə, qəzanı törədən şəxs hadisə yerindən qaçıb. Onun axtarışı davam […]

Mədəniyyət

Üzeyir Hacıbəylinin anadan olmasından 137 il ötür

Bu gün dahi Azərbaycan bəstəkarı, musiqişünas, publisist, dramaturq, pedaqoq, ictimai xadim. SSRİ xalq artisti Üzeyir Hacıbəylinin anadan olmasından 137 il ötür. Oxu.Az xatırladır ki, Üzeyir Hacıbəyli 1885-ci il sentyabrın 18-də dünyaya göz açıb. Bu tarix ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur və 2009-cu ildən başlayaraq Ü.Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilir. Lakin Ermənistanın […]