İdman

“Yuventus” autsayderə uduzdu – VİDEO

Sharing is caring!

“Yuventus” A Seriyasının 7-ci turunda səfərdə “Monza”ya uduzub.

Oyun ev sahiblərinin minimal üstünlüyü ilə başa çatıb – 1:0.

Matçın 40-cı dəqiqədə turinlilər azlıqda qalıblar. Belə ki, Anxel Di Maria rəqibin qarnına dirsəklə vurduğuna görə meydandan qovulub.

Yeganə qolu isə 74-cü dəqiqədə meydan sahiblərinin danimarkalı hücumçusu Kristian Qutkyaer vurub. Bununla da “Monza” çempionatda ilk qələbəsini qazanmış oldu.

Qeyd edək ki, “Yuve” son 8 matçda cəmi 1 qələbə qazanıb. Massimiliano Alleqrinin komandası A Seriyasında 10 xalla 8-ci pillədə qərarlaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir