Siyasət

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycana başsağlığı verib – FOTO

Türkiyə Milli Müdafiə Nazirliyi Ermənistanın təxribatı nəticəsində şəhid olmuş hərbçilərlə bağlı Azərbaycana başsağlığı verib. Bununla bağlı nazirlik “Twitter”də paylaşım edib. Paylaşımda deyilir: “Ermənistanla sərhəd xəttində baş verən toqquşmalarda şəhid olan Azərbaycan ordusunun qəhrəman əsgərlərimizə Allahdan rəhmət, yaralılarımıza tezliklə şəfa, qardaş Azərbaycan xalqına isə başsağlığı və səbr diləyirik”. 1⃣Azerbaycan-Ermenistan sınır hattında meydana gelen çatışmalarda şehit olan Azerbaycan […]

Siyasət

Mehriban Əliyeva şəhid hərbçilərlə bağlı paylaşım edib – FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində həlak olan hərbçilərlə bağlı sosial şəbəkədə paylaşım edib. Oxu.Az paylaşımı təqdim edir: “Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralılara tezliklə şəfa, onların ailələrinə güc və səbir versin”.   Xeberal.az

Siyasət

BMT TŞ-nin sərhəddəki vəziyyətə dair iclasının vaxtı açıqlandı

Sentyabrın 14-də BMT Təhlükəsizlik Şurasının (TŞ) Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı iclasının keçirilməsi planlaşdırılır. Bu barədə çərşənbə axşamı təşkilatdakı mənbə xəbər verib. “Bəli, müzakirə sabaha planlaşdırılıb”, – deyə o,  bildirib. Qeyd edək ki,  Ermənistan sentyabrda BMT Təhlükəsizlik Şurasına sədrlik edən Fransaya fövqəladə iclasın çağırılması xahişi ilə məktub göndərib. Mənbə: TASS Xeberal.az

Siyasət

Rusiya Prezidentinin Azərbaycan Prezidenti ilə görüşü gözlənilir

Rusiya Prezidenti Vladimir Putinin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşləri gözlənilir. AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov jurnalistlərə məlumat verib. O bildirib ki, Rusiya Prezidenti sammit çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib […]

Siyasət

Yenə müharibə: Ermənistanla sərhəddə nələr baş verir? – VİDEO

Ötən gecə Ermənistanla Azərbaycanın dövlət sərhədində növbəti təxribat baş verib. Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan xüsusi buraxılışda bildirilib. Hərbi jurnalist Heydər Mirzə və onun həmkarı, hərbi ekspert Hans Klos son 24 saat ərzində sərhəddə baş verənləri şərh ediblər. Budəfəki gərginliyin indiyədək ərazidə baş vermiş ən genişmiqyaslı təxribat olduğu vurğulanıb. Daha ətraflı “Caliber”in yeni videomaterialında: […]

Siyasət

BMT Baş katibi Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən narahatdır

BMT-nin Baş katibi Antoniu Quterreş Azərbaycan-Ermənistan sərhədində vəziyyətin yenidən gərginləşməsindən narahatdır. Bu barədə “Report”a açıqlamasında qurumun sözçüsü Stefan Dujarrik məlumat verib. Onun sözlərinə görə, Baş katib tərəfləri gərginliyin azaldılması üçün addımlar atmağa, maksimum təmkin nümayiş etdirməyə və hər hansı həll olunmamış problemləri dialoq və mövcud formatlar çərçivəsində həll etməyə çağırır. “O həmçinin tərəfləri əvvəllər əldə edilmiş […]

Dünya

Gülnarə Kərimovanın müsadirə olunan 350 milyon dollarlıq aktivləri Özbəkistana qaytarıla bilər

Moskva Şəhər Məhkəməsi 2021-ci ilin fevralında Özbəkistanın birinci prezidentinin qızı Gülnarə Kərimovanın altı mənzilini müsadirə edib. Bu barədə Özbəkistan ədliyyə nazirinin müavini Müzrəf İkramov bildirib. Onun sözlərinə görə, Rusiya və Özbəkistan əmlakın satışından əldə olunan gəliri bərabər böləcəklər. İkramov onu da bildirib ki, İsveçrə məhkəməsi Gülnarə Kərimovanın 350 milyon dollarlıq aktivlərinin Özbəkistanın xeyrinə geri çəkilməsi […]

Siyasət

Həmid Həmidov: “Ermənistanın təxribatlarının yeganə məqsədi sülh danışıqlarını pozmaqdır” – VİDEO

Azərbaycanın tanınmış jurnalisti, “Global Media Group”un media direktoru Həmid Həmidov CBC TV-yə müsahibəsində son 24 saat ərzində baş verənləri şərh edib. Onun sözlərinə görə, Ermənistanın təxribatlarının yeganə məqsədi sülh danışıqlarını pozmaqdır. “Azərbaycan və Ermənistan başçılarının Brüsseldə görüşündən sonra biz bu ilin sonuna kimi sülh sazişinin imzalanacağına böyük ümidlər bəsləyirdik. Bununla belə, İrəvanın müqavilənin imzalanmasını gecikdirməyə […]

Müharibə

Azərbaycan MN: “Ermənistanın genişmiqyaslı təxribatı nəticəsində 50 hərbçimiz şəhid olub”

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub. Şəhid olan hərbi qulluqçularımızın […]