İdman

Çempionlar Liqası: “Sportinq” son anda qələbə qazandı, “Viktoriya” yenə uduzdu – VİDEO

UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turuna start verilib. İlk oyun günündə 7 qarşılaşma keçiriləcək. Oyunlardan bəziləri artıq başa çatıb. C qrupunda Plzen “Viktoriya”sı Çexiyada İtaliya “İnter”ini sınağa çəkib. İlk turda “Barselona”ya böyük hesabla uduzan çexlər doğma azarkeşləri önündə də məğlub olublar – 0:2.  D qrupunda isə İngiltərə “Tottenhem”i Portuqaliyada “Sportinq”lə üz-üzə gəlib. Oyunun əsas vaxtı […]

Siyasət

Antoni Blinken İlham Əliyevə zəng edib – VİDEO

Sentyabrın 13-də ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. AZƏRTAC xəbər verir ki, telefon söhbəti zamanı ABŞ dövlət katibi Ermənistan-Azərbaycan dövlət sərhədində yaranmış gərginliklə bağlı narahatlığını ifadə etdi. Prezident İlham Əliyev bildirdi ki, bu gərginlik Ermənistanın genişmiqyaslı təxribatları nəticəsində baş verib və buna görə də məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi […]

Müharibə

Ermənistanda məhv edilən hərbi obyektlər: “Qarabağ Xronikası”nın 97-ci buraxılışı – VİDEO

Baku TV-nin efirində yayımlanan “Qarabağ xronikası” verilişinin 97-ci buraxılışı təqdim olunub. Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda Ermənistanın şərti sərhəddə yaratdığı təxribatlardan danışıb. Əldə olunan peyk görüntüləri və Ermənistanın yaratdığı təxribatların təfərrüatının olduğu verilişi təqdim edirik: Xeberal.az

Siyasət

Ceyhun Bayramov fransalı həmkarını Ermənistanın təxribatı barədə məlumatlandırıb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Fransa Respublikasının Avropa və xarici işlər naziri Katerin Kolonna ilə 13 sentyabr 2022-ci il tarixində telefon danışığı olub. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, Ceyhun Bayramov həmkarına Ermənistanın post-münaqişə dövründə qəbul etdiyi öhdəliklərini yerinə yetirməməsi, üçtərəfli bəyanatlara və liderlər arasında əldə edilmiş razılıqlara zidd olaraq […]

Cəmiyyət

“Səhərə kimi atıblar, heç kim qorxmur”: Ermənilərin təxribat törətdiyi kənddən VİDEOREPORTAJ

Düşmən təxribatı nəticəsində yenidən intensivləşən hərbi əməliyyatların ən çox hiss edildiyi yaşayış məntəqələrindən biri Daşkəsən rayonun Qabaqtəpə kəndidir. Baku TV-nin əməkdaşı sözügedən kəndin sakinləri ilə həmsöhbət olub. Kənd sakinlərinin sözlərinə görə, gecə boyu atışma səsləri eşitsələr də öz evlərini tərk etməyiblər: “Səhərə kimi atıblar, heç kim qorxmur”. Daha ətraflı süjetdə: Xeberal.az

Cəmiyyət

Şəhid kapitan Fərid Mehbalıyev İkinci Şəhidlər xiyabanında dəfn olundu – FOTO/VİDEO

Azərbaycan Ordusunun erməni təxribatı nəticəsində şəhid olan hərbi qulluqçusu dəfn olunub. APA xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) 28 yaşlı kapitanı Fərid Mehbalıyev Yasamal rayonu ərazisində yerləşən İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, Yasamal Rayon İcra Hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edib. Daha çox şəkil burada: Photostock.az Xeberal.az

Cəmiyyət

Şəhid Şəmistan Sadıqovla vida mərasimi – VİDEO

Lerik rayonundan olan şəhid Şəmistan Sadıqov dəfn olunub. Şəhid doğulduğu Əvilə kəndində torpağa tapşırılıb. Qeyd edək ki, şəhid Şəmistan Sadıqov 2013-cu ildə Əfqanıstanda Sülhməramlı qüvvələrin sıralarında xidmət aparıb. 2016-cı il Aprel döyüşləri və 2020-ci il Vətən müharibəsinin iştirakçısı olub. Daha ətraflı Baku TV-nin süjetində: Xeberal.az

Müharibə

Ermənistanın hərbi obyektlərinin darmadağın edildiyi anın görüntüləri yayıldı – VİDEO

Ermənistanın ölkəmizlə sərhədinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu bütün hərbi təyinatlı obyektlərin darmadağın edildiyi görüntülər yayılıb. Oxu.Az xəbər verir ki, bu obyektlərin Azərbaycanın təhlükəsizliyinə təhdid yaratdığı danılmaz faktdır. Qeyd edək ki, Ermənistanın xeyli sayda hərbi texnikası, milyard dollarlıq qiyməti olan iki S-300 raketi, 200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla postu məhv […]

Dünya

Ukrayna “Rosatom”un Aİ-nin yeni sanksiyalar paketinə daxil edilməsini istəyir

Ukrayna Rusiyanın “Rosatom” şirkətini Aİ-nin yeni sanksiyalar paketinə daxil etmək istəyir. Bu barədə xarici işlər naziri Dmitri Kuleba məlumat verib. Nazir Aİ-nin səkkizinci sanksiya paketinin təfərrüatı ilə bağlı sualı cavablandırıb. O bildirib ki, Ukrayna Zelenskinin “Rosatom”un sanksiyalara cəlb edilməsi ilə bağlı tezisini irəli sürəcək. Kulebanın sözlərinə görə, bu məsələ xüsusilə Zaporojye AES-də baş verən hadisələrdən […]

Siyasət

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Sentyabrın 13-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon söhbəti zamanı Prezident Rəcəb Tayyib Ərdoğan Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı hərbi qulluqçularımızın şəhid olması ilə əlaqədar Prezident İlham Əliyevə, onların […]