Cəmiyyət

Sərhəd Qoşunlarının şəhid hərbi qulluqçusu Qəbələdə dəfn edildi – FOTO

Sərhəd Qoşunlarının şəhid hərbi qulluqçusu Elşən Babazadə Qəbələdə dəfn edilib. “Report”un məlumatına görə, ötən gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Sərhəd Qoşunlarının hərbi qulluqçusu, kiçik gizir, 1996-cı il təvəllüdlü Elşən Sahib oğlu Babazadənin nəşi doğulub boya-başa çatdığı rayonun Mıxlıqovaq kəndinə gətirilərək kənd qəbiristanlığında […]

Siyasət

KTMT sammitində işçi qrupunun yaradılması təklif edilib

Ermənistanın təşəbbüsü ilə KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclası çağırılıb. Gündəlikdə duran əsas məsələlər Ermənistan-Azərbaycan sərhədinin müəyyən ərazilərində vəziyyətin gərginləşməsi və onun aradan qaldırılmasına köməklik olub. Onlayn iclasda Rusiya prezidenti Valdimir Putin də iştirak edib. İclasda KTMT baş katibinin dövlət başçılarına ətraflı məruzə hazırlamaq üçün münaqişə zonasına getməsi, həmçinin, vəziyyəti təhlil edərək təkliflər hazırlamaq üçün […]

Siyasət

Ceyhun Bayramov Aİ Komissiyasının Vitse-prezidenti Cozef Borellə telefonla danışdı

13 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Cozef Borel ilə telefon danışığı olub. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən verilən məlumata görə, telefon danışığı zamanı tərəflər arasında bölgədə cari vəziyyət və sərhədboyu Ermənistanın Azərbaycana qarşı növbəti təxribatları nəticəsində yaranmış […]

Siyasət

Çavuşoğlu: “Türkiyə hər zaman Can Azərbaycanın yanında olacaq” – FOTO

“Azərbaycan-Ermənistan sərhəd xəttində baş verən toqquşmalarda həyatını itirən Azərbaycan ordusunun qəhrəman şəhidlərinə rəhmət, yaxınlarına səbr, qardaş Azərbaycan xalqına başsağlığı verirəm”. Bunu Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu “Twitter” səhifəsində yazıb. O, qeyd edib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq. Azerbaycan-Ermenistan sınır hattındaki çatışmalarda hayatlarını kaybeden Azerbaycan ordusunun kahraman şehitlerine rahmet, yakınlarına sabır ve kardeş […]

Müharibə

Ceyhun Bayramov şəhid hərbi qulluqçuların ailələrinə başsağlığı verdi – FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov şəhid hərbi qulluqçuların ailələrinə başsağlığı verib. Bu barədə nazir sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımda deyilir: “Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatları nəticəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş hərbçilərimizə Allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!” Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatları nəticəsində […]

Müharibə

Ermənistanın Azərbaycanla sərhəd istiqamətində qurduğu hərbi obyektlər darmadağın edildi

Ötən gün Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat təcavüzkarın özü üçün ağır nəticələrə səbəb olub.  Oxu.Az xəbər verir ki, Ermənistanın ölkəmizlə sərhədinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu bütün hərbi təyinatlı obyektlər darmadağın edilib. Bu obyektlərin Azərbaycanın təhlükəsizliyinə təhdid yaratdığı danılmaz faktdır. Sərhəddəki son hadisələr bunu bir daha göstərdi. Nəzərə almaq lazımdır ki, bu obyektləri bərpa etmək […]

Siyasət

Azərbaycan Prezidenti: “Allah şəhidlərimizə rəhmət eləsin” – FOTO/VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində həlak olan hərbçilərlə bağlı sosial şəbəkədə paylaşım edib. Oxu.Az xəbər verir ki, paylaşımda deyilir: “Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlarının qarşısını alan zaman şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına […]

Dünya

Fransada ukraynalı qadınları döydülər, səfirlik məsələni xüsusi nəzarətə götürdü

Fransanın paytaxtı Parisdə iki ukraynalı qadın döyülüb. Hadisə barədə Fransa Ukraynalıları İttifaqının vitse-prezidenti Vladimir Koqutyak məlumat verib. “Rokebryun-Kap-Martində iki ukraynalı qız Ukrayna musiqisini dinlədiklərinə görə rusiyalılar tərəfindən döyülüb. Cinayəti törədənlər hələ də tapılmayıblar”, – deyə o, sosial şəbəkə hesabında bildirib. Hadisə ilə bağlı istintaq başlayıb. Bununla bağlı ukraynalı diplomatlar Paris polisi ilə əlaqə saxlayıblar. Diplomatik […]

Cəmiyyət

Şəhid Azər Məmmədovun nəşi ailəsinə təhvil verildi

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan Azər Mustafa oğlu Məmmədovun nəşi Qazax rayon Kəmərli kəndinə gətirilib. “Report”un məlumatına görə, şəhidin nəşi artıq ailəsinə təhvil verilib. Qeyd edək ki, 1993-cü il təvəllüdlü Azər Mustafa oğlu Məmmədov sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olub. O, 20 gün əvvəl ailə həyatı qurmuşdu. Xeberal.az

Dünya

Rusiyalı diplomatlar Gürcüstana giriş qadağasından danışdılar

“Hələ də bəzi Rusiya vətəndaşları səbəbi izah edilmədən Türkiyə ilə sərhəddən Gürcüstan ərazisinə buraxılmırlar”. Bu barədə Rusiyanın Trabzondakı Baş Konsulluğundan məlumat verilib. Bildirilir ki, “Sarpi” keçid məntəqəsinə belə hadisələr həftədə bir neçə dəfə baş verir. “Təəssüf ki, Gürcüstan sərhəd xidmətinin əməkdaşları keçidə izn verilməməsinin səbəblərini izah etmirlər”, – deyə Baş Konsulluqdan bildiriblər. Xatırladaq ki, avqustun sonunda […]