Siyasət

Həmid Həmidov: “Ermənistanın təxribatlarının yeganə məqsədi sülh danışıqlarını pozmaqdır” – VİDEO

Sharing is caring!

Azərbaycanın tanınmış jurnalisti, “Global Media Group”un media direktoru Həmid Həmidov CBC TV-yə müsahibəsində son 24 saat ərzində baş verənləri şərh edib.

Onun sözlərinə görə, Ermənistanın təxribatlarının yeganə məqsədi sülh danışıqlarını pozmaqdır.

“Azərbaycan və Ermənistan başçılarının Brüsseldə görüşündən sonra biz bu ilin sonuna kimi sülh sazişinin imzalanacağına böyük ümidlər bəsləyirdik. Bununla belə, İrəvanın müqavilənin imzalanmasını gecikdirməyə çalışacağı gözlənilirdi”, – deyə Həmid Həmidov bildirib.

O, qeyd edib ki, həftə ərzində ermənilər məhz Azərbaycan-Ermənistan sərhədinin keçməli olduğu ərazilərdə gərginlik yaradıblar.

Daha ətraflı CBC TV-nin videomaterialında:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir