Siyasət

Rusiya Prezidentinin Azərbaycan Prezidenti ilə görüşü gözlənilir

Sharing is caring!

Rusiya Prezidenti Vladimir Putinin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşləri gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov jurnalistlərə məlumat verib.

O bildirib ki, Rusiya Prezidenti sammit çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Bundan əlavə, Rusiya dövlət başçısının İran, Qırğızıstan, Türkmənistan prezidentləri, eləcə də Hindistan və Pakistanın baş nazirləri ilə görüşləri planlaşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir