Siyasət

İtaliya Prezidenti Romada Azərbaycan səfirliyinin yeni binasını açılmasına münasibət bildirdi

Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin 30 illiyini qeyd edirik. Bu səhər Siz Azərbaycan səfirliyinin yeni binasını açdınız. Bu, İtaliya ilə Azərbaycan arasında dostluq əlaqələrinin mühüm nümunəsidir. AZƏRTAC xəbər verir ki, bu barədə İtaliya Prezidenti Sercio Mattarella Azərbaycan Prezidenti İlham Əliyev ilə Romada keçirilən görüşündə bildirib. “Əlaqələrimizin strateji əhəmiyyətindən xəbər verən 2020-ci ildəki səfərdən sonra Sizi […]

Cəmiyyət

Neftçalada azyaşlı dənizin nəzarətsiz ərazisində batıb

Neftçala rayonunda azyaşlı dənizdə boğularaq ölüb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Neftçala rayonu, Şirvanlı kəndində, dənizdə (“Neftçala” sularda xilasetmə məntəqəsindən təqribən 600 metr aralı, nəzarətsiz ərazidə) bir nəfər azyaşlının batması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış […]

İdman

“Neftçi” hücumçusu ilə yollarını ayırıb

“Neftçi” klubu futbolçusu Mirabdulla Abbasovla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, 27 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Təcrübəli forvarda xidmətləri qarşılığında təşəkkür edilib və gələcək karyerasında uğurlar arzulanıb. Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Mirabdulla Abbasov 2015-2016 və 2017-2022-ci illərdə ağ-qara formada 111 oyun keçirib, 21 […]

Cəmiyyət

“Narkomaniyanın sağlamlığa və ailə dəyərlərinə zərərli təsiri” mövzusunda maarifləndirici tədbir keçirilib

Avqustun 30-da Abşeron rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli, 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı […]

Siyasət

İlham Əliyev: “Azərbaycan və İtaliya arasında əldə edilmiş bütün razılaşmalar həyatda öz əksini tapır”

“Azərbaycan və İtaliya arasında əldə edilmiş bütün razılaşmalar həyatda öz əksini tapır”. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Romada İtaliya Prezidenti Sercio Mattarella ilə görüşündə bildirib. Dəvətə və qonaqpərvərliyə görə İtaliya Prezidentinə minnətdarlığını bildirən dövlətimizin başçısı son səfərini xatırlayaraq, əldə edilmiş bütün razılaşmaların həyatda öz əksini tapdığını qeyd edib. “Biz keçən dəfə […]

Cəmiyyət

Qəbələdə dağlıq-meşəlik ərazidə yanğın başlayıb: Helikopter cəlb olunub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın olması barədə məlumat daxil olub. Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. Yanğınsöndürmə işlərini sürətləndirmək və geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə yanğınla […]

Cəmiyyət

“İmişli”yə texniki məğlubiyyət verilib

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul edilib: I Divizionun II turunun “Qarabağ-2”-MOİK oyununda “Qarabağ-2” komandası oyunöncəsi protokolu vaxtında tərtib etmədiyi üçün klub 80 manat cərimə olunur; MOİK klubunun oyunçularının geyimlərindəki qüsurlara görə oyun gec başlandığı üçün klub 80 manat cərimə olunur; II turun “Neftçi-2”-“Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” klubunun futbolçusu Tunar […]

Cəmiyyət

Biləsuvarda talvardan başlayan yanğın evə keçib

Biləsuvar rayonunda yanğın hadisəsi baş verib. “Report” xəbər verir ki, hadisə rayonun Ağalıkənd kəndində Çingiz Seyfullayevə məxsus təsərrüfatda qeydə alınıb. Belə ki, əvvəlcə yanğın ümumi sahəsi 104 kvadratmetr olan metal konstruksiyalardan ibarət talvarda başlayıb. Daha sonra yanğın yaxınlıqdakı, ümumi sahəsi 121 kvadratmetr olan birmərtəbəli evə keçib. Hadisə yerinə Biləsuvar rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və […]

Dünya

İraqda iranlı zəvvarları daşıyan avtobusa hücum edildi – VİDEO

İraqda “Sədr” hərəkatı tərəfdarları ilə İrana bağlı proksi qüvvələri arasında baş verən silahlı toqquşmalarla əlaqədar olaraq İran vətəndaşları çarter reysi ilə təcili olaraq ölkələrinə qaytarılıblar. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. İranın Aviasiya İdarəsinin rəis müavini bu barədə deyib: “Hazırda İrandan İraqa bütün uçuşlar müvəqqəti ləğv edilib və İrandan İraqa heç bir uçuş […]

Cəmiyyət

Qaraçuxurda içməli su küçəyə axıdılır – VİDEO

Paytaxtın Suraxanı rayonunda içməli su küçəyə axıdılır. Bu barədə Oxu.Az-a daxil olan vətəndaş şikayətində qeyd edilib. Belə ki, söhbət Qaraçuxur qəsəbəsi, Tərlan Şirinov küçəsindən gedir. Sakinlər şikayət edir ki, günlərdir içməli su küçəyə axıdılır. Ərazi üzrə Su Kanal idarəsinin isə məsələ ilə maraqlanmadığı iddia edilir. Mövzu ilə bağlı “Azərsu” ASC-yə müraciət ünvanladıq. Qurumun mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna […]