İdman

“Neftçi” hücumçusu ilə yollarını ayırıb

Sharing is caring!

“Neftçi” klubu futbolçusu Mirabdulla Abbasovla yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 27 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Təcrübəli forvarda xidmətləri qarşılığında təşəkkür edilib və gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Mirabdulla Abbasov 2015-2016 və 2017-2022-ci illərdə ağ-qara formada 111 oyun keçirib, 21 qola imza atıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir