Siyasət

Ann Linde: “Azərbaycan və Ermənistan liderləri arasında dördüncü görüşü alqışlayırıq” – FOTO

“Azərbaycan və Ermənistan liderləri arasında dördüncü görüşü alqışlayırıq”. Bu barədə İsveçin xarici işlər naziri Ann Linde “Twitter”də qeyd edib. “Cənubi Qafqazda sülh və sabitlik istiqamətində davam edən prosesin bir hissəsi olmaq Avropa İttifaqı üçün vacibdir”, – paylaşımda deyilir. Welcome continued strong engagement by @eucopresident @CharlesMichel and the 4th meeting between leaders of ?? Armenia and […]

Dünya

Ermənistanda ölüm cəzası tətbiq oluna bilər

Ermənistan dövlətə xəyanətə görə ölüm cəzasını tətbiq etmək istəyir. Bu təkliflə baş prokuror Artur Davtyan çıxış edib. O, hesab edir ki, belə bir qərar regionda mövcud təhlükəsizlik çağırışları ilə uzlaşır. Qeyd edək ki, Azərbaycanda ölüm hökmü 1998-ci il fevralın 10-da ləğv edilib və ömürlük həbs cəzası ilə əvəz olunub. Mənbə: Sputnik Xeberal.az

Cəmiyyət

Bakı metrosunda qatarların gecikmə səbəbi AÇIQLANDI

Bakı metrosunda qatarların gecikməsinin səbəbi bəlli olub. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Report”a deyib ki, metroda ehtiyat qatarların xəttə buraxılması daim nəzərdə tutulur. Yay fəslində isə bu pik saatlarda xüsusi tənzimləmə ilə həyata keçirilir. Qurum rəsmisi qeyd edib ki, ehtiyat qatarın biri xəttə verilib, digəri çıxarılanda xətlərdə qısamüddətli interval yarana bilir: “Xüsusən də […]

Cəmiyyət

Bakıda fəaliyyətə başlayacaq ekspress avtobusların istiqamətləri necə olacaq? – AÇIQLAMA

Paytaxtda sürətli rejimdə işləyəcək yeni ekspress marşrutlar yaradılır. Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Qeyd edilib ki, bu marşurutlardan istifadə edəcək sərnişinlər paralel marşurutlarda hərəkət edən sərnişinlərdən daha tez mənzil başına çatacaqlar. Agentliyin mətbuat katibi Mais Ağayev xezerxeber.az-a bildirib ki, müntəzəm daşımalarda əhalinin tələbatının ödənilməsi, sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsi və sağlam rəqabət mühitinin formalaşdırılması […]

Dünya

Ərdoğan: “Türkiyənin yeni konstitusiyaya ehtiyacı var”

Son 20 ildə Türkiyədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına, qanunun aliliyinin möhkəmləndirilməsinə yönəlmiş mühüm islahatlar həyata keçirilib. Bunu cümə axşamı Türkiyə Ali Məhkəməsində çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan deyib. O, qeyd edib ki, Türkiyənin hazırkı Konstitusiyası 1982-ci ildə qəbul edilib və bir sıra dəyişikliklərə baxmayaraq, artıq dövrümüzün çağırışlarına cavab vermir. Türkiyə lideri xatırladıb ki, […]

Cəmiyyət

Son üç ayda milli parkları nə qədər turist ziyarət edib? – FOTO

Azərbaycanın milli parklarını son üç ay ərzində 185 522 turist ziyarət edib. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva Oxu.Az-a bildirib ki, ən çox turist qəbul edən Göygöl, Şahdağ və Abşeron Milli Parklarıdır: “Turistlərin sayında müşahidə olunan artım iyun, iyul, avqust aylarının istirahət mövsümü olması ilə yanaşı, həm də insan-təbiət vəhdətinin qurulması istiqamətində aparılan ardıcıl maarifləndirmə […]

İdman

Transfer pəncərəsinin son günü: Depay “Çelsi”yə, Marselo isə “Lester”ə keçə bilər – YENİLƏNİR

Artıq yay transfer pəncərəsin son günü olduğundan futbol aləmi bir-birindən maraqlı keçid xəbərlərilə çalxalanır. AS nəşrinin məlumatına görə, “Çelsi” hücumçu Memfis Depay üçün “Barselona”ya təklif göndərib. 28 yaşlı niderlandlının London klubuna keçidi kifayət qədər real hesab olunur. Bildirilib ki, katalon klubunun rəhbərliyi hücumçunun transferinə yaxın saatlarda qərar verəcək. Qeyd edək ki, bu mövsüm Depay kataloniyalıların […]

Dünya

Pakistanda təbii fəlakət 100 km enində göl yaratdı – FOTO/VİDEO

Pakistanda güclü yağışların səbəb olduğu təbii fəlakətin miqyasının peyk görüntüləri yayılıb. Kadrlardan aydın olur ki, Hind çayının daşması Sind əyalətinin bir hissəsini 100 kilometr enində daxili gölə çevirib. Kadrlar NASA-nın MODIS peyk sensoru tərəfindən çəkilib. Qeyd edək ki, hazırda ölkənin bəzi əraziləri su altında qalıb. Birləşmiş Millətlər Təşkilatı (BMT) iyunun ortalarından bəri 1162 nəfərin ölümünə, […]

Dünya

Daha bir Avropa ölkəsi “Bayraktar” almaq niyyətini açıqladı: 300 milyon avro dəyərində

Rumıniya hökuməti avadanlıqla təchiz olunmuş “Bayraktar TB2” pilotsuz təyyarələri almaq niyyətindədir. Müqavilənin ümumi məbləği 300 milyon avro təşkil edir. Rumıniya Müdafiə Nazirliyinin sənədinə əsasən, idarə parlamentə satınalmanı təsdiq etməsini təklif edib. Qeyd olunur ki, ümumilikdə 18 pilotsuz təyyarə və avadanlıqların alınması planlaşdırılır. “Bayraktar TB2” kompleksinin qiyməti konfiqurasiyadan asılı olaraq bir milyondan beş milyon dollara qədərdir. Mənbə: […]

Cəmiyyət

Bakıda hansı küçələrdə sıxlıq var? – SİYAHI

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyəti açıqlayıb. Mərkəzdən verilən məlumata görə, hazırda Bakıda sıxlıq olan küçə və prospektlər aşağıdakılardır: 1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində; 2. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st […]