Dünya

Rusiyanın ən varlı adamları ilin əvvəlindən 54 milyard dollar itiriblər

Rusiyanın ən varlı sahibkarlarının sərvəti 2022-ci ilin əvvəlindən 53,939 milyard dollar azalıb. Bu barədə məlumat “Bloomberg Billionaires Index”in məlumatında bildirlib. Ən çox itirən polad və dağ-mədən şirkəti “Severstal”ın ortaq sahibi Aleksey Mordaşov olub – 7,53 milyard dollar. Hazırda onun kapitalı 21,3 milyard dollardır. İtkilərə görə ikinci yerdə “Evraz” dağ-mədən-metallurgiya holdinqinin səhmdarı Roman Abramoviçdir. O, 2022-ci […]

İdman

Qurban Qurbanov: “3-4 futbolçu ilə danışıqlar gedirdi, amma alınmadı”

“3-4 futbolçu ilə danışıqlar gedirdi. Amma alınmadı. Əlimizdəki futbolçularla qarşıdakı görüşlərə hazırlaşacağıq”. “Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Kəpəz”ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının V tur oyunundan sonra CBC Sporta açıqlamasında deyib. 50 yaşlı mütəxəssis 3 xal qazandıqları üçün razı qaldığını bildirib: “Amma bəlkə də belə hesabın komandaya xeyri […]

Siyasət

Xarici jurnalistlər Zəngilan və Füzuliyə səfər ediblər – VİDEO

Birləşmiş Millətlər Təşkilatında akkreditə olunan xarici media nümayəndələri Zəngilan və Füzuliyə səfər ediblər. Jurnalistlərə 27 il düşmən işğalı altında qalan rayon barədə məlumat verilib. Zəngilana səfərləri zamanı qonaqlar yeni salınan Ağalı kəndində qurulan şəraitlə tanış olublar. Xarici jurnalist olan Nasir Xan səfər zamanı öz təəssüratlarını bölüşüb: “Mən bura çatanda dəhşətə gəldim. Ermənilər sadəcə dağıdıcı qüvvə kimi hərəkət ediblər. Biz burada […]

Cəmiyyət

Ağstafada əkin sahəsindən meyit tapıldı

Ağstafada əkin sahəsində meyit tapılıb. APA-nın məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb. Şəmkir rayonunun Zəyəm qəsəbə sakini, 1974-cü il təvəllüdlü Bağırov İlqar Faiq oğlunun halı əkin sahəsində kartof yığan zaman pisləşib. O, əkin sahəsində ölüb. Əkin sahəsində fəhlə işləyən İ.Bağırovun ürək tutmasından öldüyü bildirilib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı […]

İdman

Azərbaycan Premyer Liqası: “Qarabağ” “Kəpəz”i məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start verilib. Oxu.Az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Son ölkə çempionu “Qarabağ” Qəbələdə “Kəpəz”in qonağı olub. Qarşılaşma “köhlən atlar”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin yeganə qolunu 44-cü dəqiqədə Abdullah Zubir vurub. Gəncə klubunda Tural Rzayev 50-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. […]

Siyasət

Laçın şəhərinin strateji əhəmiyyətli ərazilərindən görüntülər – VİDEO

Laçın şəhərinin strateji əhəmiyyətinin əks olunduğu görüntülər yayımlanıb. Şəhərin şimalında, Kəlbəcər rayonundan Laçın şəhərinə daxil olan dağlıq ərazidə olan Baku TV-nin hərbi müxbiri Fərdin İsazadə şəhərin ətrafında yerləşən 1 606 metr və onun sol tərəfində 1 704 metrlik yüksəkliklərin şəhəri əhatə etməsindən söz açıb. O bildirib ki, sözügedən yüksəkliklərdə Azərbaycan ordusunun bölmələri yerləşib: “Şəhərin cənub istiqamətində olan […]

Müharibə

Türkiyə HHQ-nin nümayəndələri Azərbaycana gəlib – FOTO

“TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimində iştirak edəcək Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyətinin bir qrupu ölkəmizə gəlib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, təlimə hazırlıq məqsədilə heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir. Qeyd edilib ki, birgə taktiki-uçuş təlimi sentyabrın 5-də başlayacaq. Xeberal.az

Siyasət

Ermənistan Azərbaycanın şərtlərini qəbul edib: Sülh müqaviləsində nələr əks olunacaq? – AÇIQLAMA + VİDEO

Ermənistan Azərbaycanın şərtlərini qəbul edib. Dördüncü Brüssel görüşündə Azərbaycan və Ermənistan arasında sülh sazişi üzərində işləmək üçün qrupların yaradılması ilə bağlı razılıq əldə olunub. Baku TV-yə danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov post-münaqişə dövründə iki ölkə arasında mühüm sənəd olacaq sülh müqaviləsində nələrin əks olunacağına münasibət bildirib. “İlk növbədə ərazi bütövlüyü, suverenliyi iki ölkənin müstəqilliyi […]

Cəmiyyət

Qarqarçay çayında bir nəfər batıb

Qarqarçay çayında bir nəfər batıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Qarqarçay çayının Ağcabədi şəhəri ərazisindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Xeberal.az

Dünya

Türkiyə Futbol Federasiyasının binasına silahlı hücum olub

Türkiyə Futbol Federasiyasının inzibati binasına silahlı hücum olub. Bu barədə ölkənin hakim Ədalət və İnkişaf partiyasının sözçüsü Ömər Çelik məlumat verib. O, bildirib ki, qurumun İdarə Heyətinin iclas keçirdiyi vaxt binaya odlu silahdan 5 güllə atılıb. Bu güllələrdən birinin Türkiyə millisinin sabiq futbolçusu Hamit Altıntopun başının üzərindən keçib. Silahlı hücumda yaralanan və ya ölən olmayıb. […]