Cəmiyyət

“İmişli”yə texniki məğlubiyyət verilib

Sharing is caring!

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul edilib:

I Divizionun II turunun “Qarabağ-2”-MOİK oyununda “Qarabağ-2” komandası oyunöncəsi protokolu vaxtında tərtib etmədiyi üçün klub 80 manat cərimə olunur;

MOİK klubunun oyunçularının geyimlərindəki qüsurlara görə oyun gec başlandığı üçün klub 80 manat cərimə olunur;

II turun “Neftçi-2”-“Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” klubunun futbolçusu Tunar Mütəllimov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün iki oyun cəzalanır, klub 160 manat cərimə olunur;

II turun “Turan Tovuz-2”-“Kəpəz-2” oyununda meydan sahibi komandanın təhlükəsizlik xidmətinin əməkdaşı təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 80 manat cərimə olunur;

“Kəpəz-2” komandasının futbolçusu Zahid Mərdanov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün bir oyun cəzalanır, klub 20 manat cərimə olunur;

II turun “İmişli”-“Araz Naxçıvan” oyununda “İmişli” klubunun heyətində adı protokolda olmayan oyunçu matçda iştirak etdiyi üçün hesab olduğu kimi saxlanılmaqla “İmişli” komandasına texniki məğlubiyyət verilir, klub 400 manat cərimələnir;

II turun “Sumqayıt-2”-“Zirə-2” oyununda “Sumqayıt-2” komandasının beş futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir