Cəmiyyət

Biləsuvarda talvardan başlayan yanğın evə keçib

Sharing is caring!

Biləsuvar rayonunda yanğın hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun Ağalıkənd kəndində Çingiz Seyfullayevə məxsus təsərrüfatda qeydə alınıb.

Belə ki, əvvəlcə yanğın ümumi sahəsi 104 kvadratmetr olan metal konstruksiyalardan ibarət talvarda başlayıb. Daha sonra yanğın yaxınlıqdakı, ümumi sahəsi 121 kvadratmetr olan birmərtəbəli evə keçib.

Hadisə yerinə Biləsuvar rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunaraq yanğın söndürülüb.

Yanğın nəticəsində talvarın altına yığılan 160 ton ot bağlamasının 10 tonu, birmərtəbəli evin isə iki ədəd plastik pəncərə çərçivəsi, qapısı və dam örtüyünün yanar konstruksiyaları altı kvadratmetr sahədə yanıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir